PAŞA Bank “ZirvədəSən” 2026 təcrübə proqramına qeydiyyat açır
PAŞA Bank karyerasını inkişaf etdirməyi, real iş təcrübəsi qazanmağı və nəticəyönümlü biliklər əldə etməyi hədəfləyən tələbə və məzunlar üçün “ZirvədəSən” 2026 təcrübə proqramına qeydiyyata başlayıb. Proqram çərçivəsində iştirakçılar seçdikləri sahə üzrə praktiki təcrübə qazanacaq və korporativ iş m

PAŞA Bank karyerasını inkişaf etdirməyi, real iş təcrübəsi qazanmağı və nəticəyönümlü biliklər əldə etməyi hədəfləyən tələbə və məzunlar üçün “ZirvədəSən” 2026 təcrübə proqramına qeydiyyata başlayıb. Proqram çərçivəsində iştirakçılar seçdikləri sahə üzrə praktiki təcrübə qazanacaq və korporativ iş mühiti ilə yaxından tanış olacaqlar. Təcrübə 3 ay davam edir və bu müddət ərzində iştirakçılar təlim, mentorluq dəstəyi və aylıq təqaüd alacaqlar. Proqramı bitirənlər PAŞA Bankda karyera qurmaq imkanı əldə edəcəklər Müraciət üçün son tarix 15 may 2026-cı ildir. Karyerasında zirvəyə çatmaq üçün ilk addımı atmaq istəyənlər link vasitəsilə müraciət edə bilərlər Yarandığı gündən PAŞA Bank insan kapitalının inkişafına, bilik mübadiləsinə və regional potensialın gücləndirilməsinə üstünlük verib. Bank gənclər üçün təhsil və karyera imkanlarını genişləndirən təşəbbüsləri həyata keçirməyə davam edəcək


