Tenqri
Ana Səhifə
İqtisadiyyat

PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri ilə rəsmi tərəfdaşlıq edir

Ölkənin aparıcı korporativ maliyyə institutu olan PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“InterFood Azerbaijan”) rəsmi bank tərəfdaşı kimi iştirak edib. Mayın 5-8-də Bakı Ekspo Mərkəzind

0 baxıştrend.az
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri ilə rəsmi tərəfdaşlıq edir
Paylaş:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“InterFood Azerbaijan”) rəsmi bank tərəfdaşı kimi iştirak edib. Mayın 5-8-də Bakı Ekspo Mərkəzində keçirilən sərgilər zamanı Bank nümayəndələri kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərlə görüşüb, əməkdaşlıq və maliyyə imkanlarını müzakirə ediblər Sərgilər çərçivəsində PAŞA Bankın təşəbbüsü ilə “Kənd təsərrüfatında maliyyələşdirmədən tərəfdaşlığa” adlı panel sessiyası keçirilib. Sessiyada kənd təsərrüfatının maliyyələşdirilməsi, dövlət dəstəyi mexanizmləri, risklərin idarə edilməsi, praktiki biznes təcrübəsinin mübadiləsi ilə bağlı geniş müzakirələr aparılıb Panel iştirakçıları kənd təsərrüfatında davamlı inkişafın maliyyə resursları, səmərəli planlaşdırma, innovativ texnologiyaların tətbiqi və çevik risklərin idarə edilməsi tələb etdiyini vurğuladılar. Sessiya zamanı PAŞA Bank həmçinin kənd təsərrüfatı sektorunda həyata keçirdiyi layihələr, o cümlədən müasir suvarma sistemləri, istixana kompleksləri və yaşıl enerjiyə əsaslanan həllər haqqında aqrobiznes və qida sənayesi nümayəndələrinə ətraflı məlumat təqdim edib Qısaca qeyd edək ki, PAŞA Bank real sektorun inkişafını dəstəkləmək və xüsusilə qeyri-neft sektorunda olan bizneslər üçün əlçatan maliyyə həlləri təqdim etmək məqsədilə fəaliyyətini davam etdirir. Əldə etdiyi nailiyyətlər nəticəsində PAŞA Bank Beynəlxalq İnvestor Jurnalı tərəfindən 2026-cı il üçün “Azərbaycanın Ən Yaxşı Bankı” və “Azərbaycanın Ən Yaxşı KOBİ Bankı” kimi mükafatlara layiq görülüb

Kaynak: trend.az

Diğer Haberler

PASHA Bank officially partners with “Caspian Agro Week” and “InterFood Azerbaijan” expos | Tenqri