Tenqri
Ana Səhifə
Dünya

PAŞA Bank ağacəkmə kampaniyasına qoşulur

PAŞA Bank ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərini davam etdirir. Aprelin 24-də Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə kampaniyasına qoşulub Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən kampaniya Müşfiqaba

0 baxıştrend.az
PAŞA Bank ağacəkmə kampaniyasına qoşulur
Paylaş:

PAŞA Bank ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərini davam etdirir. Aprelin 24-də Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə kampaniyasına qoşulub Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən kampaniya Müşfiqabad qəsəbəsində baş tutub. Təşəbbüs çərçivəsində PAŞA Bankın əməkdaşlarının iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun seçilmiş 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Kampaniyada Mərkəzi Bankın və bir sıra digər qurumların nümayəndələri də iştirak edib PAŞA Bank özünün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində ölkə üzrə müxtəlif ekoloji layihələr həyata keçirib, o cümlədən ayrı-ayrı bölgələrdə təbiətin bərpası, Bakı çimərliklərinin, eləcə də işğaldan azad edilmiş ərazilərin təmizlənməsi. 2023-cü ildən Bank davamlı inkişaf istiqamətində səylərini genişləndirərək BMT Qlobal Sazişinin iştirakçısıdır. Onun 2024-2026-cı illər üçün KSM strategiyası əsas prioritetlərdən biri kimi müəyyən edilmiş iqlim dəyişikliyinin təsirləri ilə mübarizə ilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılıb

Kaynak: trend.az

Diğer Haberler