PAŞA Bank Business mobil proqramı yeniləndi
PAŞA Bank biznes müştəriləri üçün nəzərdə tutulmuş mobil tətbiqinin yenilənmiş versiyasını istifadəyə verib Tətbiq “Mənim tarifim”, “Link vasitəsilə ödəniş” və “Onlayn biznes krediti” kimi məhsullar təklif edir. Əsas əməliyyatlar bir ekranda cəmləşərək ödənişlərin, valyuta mübadiləsinin, hesabdan ç

PAŞA Bank biznes müştəriləri üçün nəzərdə tutulmuş mobil tətbiqinin yenilənmiş versiyasını istifadəyə verib Tətbiq “Mənim tarifim”, “Link vasitəsilə ödəniş” və “Onlayn biznes krediti” kimi məhsullar təklif edir. Əsas əməliyyatlar bir ekranda cəmləşərək ödənişlərin, valyuta mübadiləsinin, hesabdan çıxarışların və kartların idarə edilməsinin daha sürətli və rahat həyata keçirilməsinə imkan verir Tətbiq fərdiləşdirmə seçimləri (qaranlıq/işıq rejimi və rəng seçimi), sorğu izləmə ilə canlı dəstək və qeydiyyat olmadan istifadəyə imkan verən qonaq rejimi vasitəsilə istifadəçi təcrübəsini daha da artırır PAŞA Bank biznes müştərilərinə daha çevik və səmərəli xidmətlər təqdim edərək rəqəmsal həllərini təkmilləşdirməyə davam edir. Bank korporativ, kiçik və orta müəssisələr üçün investisiya bankçılığı, ticarət maliyyəsi və aktivlərin idarə edilməsi sahəsində geniş xidmətlər portfeli təklif edir Qeyd edək ki, 2026-cı ildə “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi PAŞA Bank-ın kredit reytinqini “BB-/B” səviyyəsində “Müsbət” proqnozla təsdiqləyib. Bank həmçinin International Investor Magazine tərəfindən 2026-cı il üçün “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOBİ Bankı” seçilib. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie Awards-dan bir çox beynəlxalq mükafatlar, o cümlədən “İlin şirkəti” üçün “Qızıl Stevie” mükafatı aldı və Azərbaycanda bu mükafatı alan ilk bank oldu


