Paşinyanın partiyası parlament seçkilərində qalib gəlib
Ermənistanda dünən keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın qərbyönlü “Vətəndaş razılaşması” partiyası demək olar ki, 50 faiz səslə qalib gəlib. Bu barədə bu ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bəzi müşahidəçilərin fikrincə, qələbə Paşinyana Azərbaycanla sülh danışıql

Ermənistanda dünən keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın qərbyönlü “Vətəndaş razılaşması” partiyası demək olar ki, 50 faiz səslə qalib gəlib. Bu barədə bu ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bəzi müşahidəçilərin fikrincə, qələbə Paşinyana Azərbaycanla sülh danışıqlarını başa çatdırmaq və Bakının əsas müttəfiqi olan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq mandatı verir. Paşinyanın əsas rəqibi - rus-erməni biznesmen Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasını dəstəkləyənlər isə 23 faizdən bir qədər çox olub. Son məlumatlara görə, 3 milyon əhalisi olan Ermənistanda səsvermə hüququ olanların 59 faizi seçkilərdə iştirak edib Nikol Paşinyan, Ermənistanın baş naziri:


