Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik VİDEO
Ermənistan və Azərbaycan arasında ticarətin və digər əməkdaşlıq sahələrinin bərpası müşahidə olunur. Eyni zamanda, hər iki ölkənin icraedici hakimiyyətləri səviyyəsində əməkdaşlıq artmaqdadır. İndi Azərbaycanın və Ermənistanın parlamentləri arasında da əməkdaşlıq genişlənir. Münaqişələrin hökm sürdü

Ermənistan və Azərbaycan arasında ticarətin və digər əməkdaşlıq sahələrinin bərpası müşahidə olunur. Eyni zamanda, hər iki ölkənin icraedici hakimiyyətləri səviyyəsində əməkdaşlıq artmaqdadır. İndi Azərbaycanın və Ermənistanın parlamentləri arasında da əməkdaşlıq genişlənir. Münaqişələrin hökm sürdüyü bir regionda Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik. Çünki regionun digər ölkələrinin münaqişəyə daha dərindən sürükləndiyini gördüyümüz halda, bu iki ölkə münaqişədən çıxır, onlar əks istiqamətdə irəliləyirlər və biz bunu yüksək qiymətləndiririk AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq deyib O, Milli Məclisin sədri və deputatları ilə çox səmərəli müzakirələr apardığını vurğulayaraq deyib: “Biz iki qurum - PAİ və Milli Məclis arasında əməkdaşlığı müzakirə etdik və bu münasibətlərin sabit, uğurlu olduğu barədə razılığa gəldik. Biz müxtəlif sahələrdə əməkdaşlığı davam etdirmək və möhkəmləndirmək əzmindəyik. Bir neçə günlük Azərbaycan səfərimin mahiyyəti də bundan ibarətdir. Bir daha demək istəyirəm ki, mən vəzifəmdən ayrılsam da, bilirəm ki, Azərbaycan və Parlamentlərarası İttifaq arasındakı əməkdaşlıq getdikcə daha da güclənəcək. Çünki mənim xələfim də regionda həyata keçirdiyimiz bu sülh gündəliyinə tam sadiqdir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
