Parlament diplomatiyası: aktiv və passiv dostluq qrupları hansıdır?
Dünyada gedən geosiyasi proseslər və dəyişikliklər parlament siyasətini daha zəruri və aktual edir. Xüsusilə də, parlamentlərarası işçi qruplarının fəaliyyəti müxtəlif ölkələrlə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımdan mühüm rol oynayır Bu gün Azərbaycan 104 ölkə ilə parlamentlərarası işçi q

Dünyada gedən geosiyasi proseslər və dəyişikliklər parlament siyasətini daha zəruri və aktual edir. Xüsusilə də, parlamentlərarası işçi qruplarının fəaliyyəti müxtəlif ölkələrlə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımdan mühüm rol oynayır Bu gün Azərbaycan 104 ölkə ilə parlamentlərarası işçi qrupları formalaşdırıb. Hazırda parlamentlərarası işçi qrupları arasında fəaliyyətin hansı səviyyədə olması, əlaqələrin daha da gücləndirilməsi istiqamətində hansı addımların atılması ciddi maraq doğurur Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bəzi dostluq qrupları digərlərindən daha aktivdir: “Birləşmiş Millətlər Təşkilatında (BMT) 200-yə yaxın dövlət var. Azərbaycan parlamenti 104 ölkə ilə parlametlərarası dostluq qrupu formalaşdırıb. Bu dostluq qruplarının bəziləri digərlərindən daha aktivdir. Parlamentdə cəmi 125 deputatın olmasına baxmayaraq, bunların hamısı müxtəlif dostluq qruplarında işləyirlər. 18 beynəlxalq təşkilatda təmsilçiliyimizi təmin edirik. Bu kiçik məsələ deyil. Onlar hamısı beynəlxaq səviyyədə əks-sədaya malik məsələdir. Azərbaycan bir sıra nüfuzlu beynəlxalq parlament platformalarında təmsil olunur. TÜRKPA, onun tərkibində fəaliyyət göstərən gənc parlamentarilər və qadın parlamentarilər platformaları daxildir. Bundan başqa, MDB Parlamentlərarası Assambleyası, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası, ASEAN, NATO Parlament Assambleyası, GUAM və İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası ilə əməkdaşlıq edirik. Bunların içərisində ATƏTİ Parlament Assembliyasını demədim. Bəli, Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdıq, Avronestdən artıq çıxırıq. Bununla yanaşı, Avropa Şurası parlamentində fəaliyyətimiz dayanıb. Ancaq ümumi şəkildə Azərbaycan Parlamentinin parlamentlərlə, dövlətlərlə işi çox yüksək səviyyədə təşkil olunub. Münasibətlər hamı ilə eyni səviyyədə ola bilməz. Azərbaycan-Türkiyə Dostluq Qrupunu başqa bir ölkə ilə müqayisə etmək olmaz. Eyni sözləri Azərbaycan-Özbəkistan, Azərbaycan-İtaliya və Azərbaycan-Gürcüstan dostluq qrupları haqqında da demək mümkündür. Ancaq bəzi ölkələrlə işləmək daha çətindir. Məsələn, Belçika və Niderlandı qeyd edə bilərik. Fransa ilə parlamentlərarası dostluq qrupu da ləğv olunub. Fransa parlamenti qondarma “Dağlıq Qarabağ”ı tanıyan qərarlar qəbul etdikdən sonra hansı dostluqdan söhbət gedə bilərdi?” S.Seyidovun sözlərinə görə, nöqsan bəzi Avropa parlamentlərinin ikili standartlarla yanaşmasındadır: “Bizim mövqeyimiz birmənalıdır. Bütün dostluq qrupları ən yüksək səviyyədə fəaliyyət təşkil etməyə hazırdır. Burada söhbət əks tərəfin bizim qədər aktiv olub-ola bilməməsindən gedir” Deputat regionda yeni siyasi və geostrateji reallıqların formalaşdığını da vurğulayıb: “Ümumiyyətlə, biz ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət veriririk. Regionda vəziyyət tam dəyişir. Cənab Prezident Avropa Siyasi Birliyinin VIII sammitində videomüraciəti zamanı olduqca gözəl vurğuladı ki, 9 aydır, Ermənistanla sülh içərisində yaşamağı öyrənirik. Regionda başqa geostrateji, geosiyasi arxitektura formalaşır. Bu arxitektura nə zamansa, qəbul olunmuş qərarlara təsir göstərəcək. Məsələn TÜRKPA ümumiyyətlə yox idi, ancaq yeni dövrdə türk ailəmiz bizə onu yaratmağa imkan verdi. Digər yandan əvvəllər Ermənistanla sülh içərisində yaşamırdıq. Ona görə, indi tamamilə başqa arxitektura yarandığından, parlament istiqamətində tamamilə başqa işlər aparırıq. Biz Avropa Şurasına Ermənistanın işğalçı siyasətini orada ifşa etmək üçün getmişdik. İndi isə birgə sammitlərin keçirilməsində bir-birimizə dəstək veririk. Ona görə köhnə abu-hava ilə yeni reallığa yanaşmaq olmaz”
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
