Parisdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Parisdə ehtiramla anılıb AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım tədbirində səfir Leyla Abdullayeva, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və Azə

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Parisdə ehtiramla anılıb AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım tədbirində səfir Leyla Abdullayeva, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və Azərbaycan Silahlı Qüvvələrinin Fransadakı attaşesi polkovnik Cavid Abdullayev çıxış edərək, Ulu Öndərin xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından, qətiyyətli mübarizə apararaq onu müstəqilliyə qovuşdurmasından danışıblar Bildirilib ki, Ulu Öndərin strategiyası sayəsində bu gün Azərbaycan bütün regionda sabitliyin qarantına çevrilib. Azərbaycanın UNESCO, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurmasında, bir çox beynəlxalq təşkilatlara üzv olmasında Ümummilli Liderin əvəzsiz rolu olub Vurğulanıb ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir və Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir Qeyd olunub ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində şanlı Zəfər qazanmaqla öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan hazırda özünün ən qüdrətli dövrünü yaşayır. Qalib və nüfuzlu dövlət kimi öz sözünü deyən Azərbaycan beynəlxalq aləmdə yeni zirvələrə doğru mətin addımlarla irəliləyir Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərən, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin xalqımız tərəfindən əziz xatirəsinin daim uca tutulduğu və minnətdarlıqla anıldığı vurğulanıb Sonra Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
