Paris və Kiyev müdafiə innovasiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Fransanın Müdafiə İnnovasiyaları Agentliyi və Ukraynanın müdafiə sahəsindəki "Breyv Uan" ("Brave1") innovasiya mərkəzi tərəfdaşlıq sazişi bağlayıb "Report" xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin rəsmi bəyanatında deyilir Qurumdan bildirilib ki, imzalama mərasimi Paris regio

Fransanın Müdafiə İnnovasiyaları Agentliyi və Ukraynanın müdafiə sahəsindəki "Breyv Uan" ("Brave1") innovasiya mərkəzi tərəfdaşlıq sazişi bağlayıb "Report" xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin rəsmi bəyanatında deyilir Qurumdan bildirilib ki, imzalama mərasimi Paris regionunda keçirilən quru qoşunları silahlarının beynəlxalq "Eurosatory 2026" sərgisi zamanı baş tutub "Bu tərəfdaşlıq sazişi Ukrayna və Fransa silahlı qüvvələrinin maraqları naminə birgə innovativ texnoloji həllərin təşviqinə və yaradılmasına yönəlib", - sənəddə deyilir Bununla belə, nazirlik imzalanmış müqavilə çərçivəsində üzərində işlənilməsi planlaşdırılan konkret məhsullar barədə təfərrüatları açıqlamayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

