Paris-2024-ün mükafatçısı Qaşim Maqomedov: "İlk Qran-pri medalım karyeramda mühüm mərhələdir"
İlk Qran-pri medalını qazanmaq Azərbaycan taekvondoçusu Qaşim Maqomedovun (58 kq) karyerasında mühüm mərhələ və gələcək inkişafı üçün əlavə motivasiyadır 26 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İtaliyanın paytaxtı Romada keçirilən y

İlk Qran-pri medalını qazanmaq Azərbaycan taekvondoçusu Qaşim Maqomedovun (58 kq) karyerasında mühüm mərhələ və gələcək inkişafı üçün əlavə motivasiyadır 26 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İtaliyanın paytaxtı Romada keçirilən yarışda bürünc mükafat qazanması ilə bağlı fikirlərini bölüşüb: "Hisslərim yalnız müsbətdir. Xüsusilə də çox xoşdur ki, medal kolleksiyamda ilk Qran-pri mükafatı yer aldı. Daha yüksək nəticə əldə etmək istəsəm də, buna görə də sevincliyəm. İlk Qran-pri medalım karyeramda mühüm mərhələ və gələcək inkişafım üçün əlavə motivasiyadır. Bu çıxışdan nəticə çıxaracaq və yeni qələbələr qazanmaq üçün daha əzmlə çalışacağam" Taekvondoçu yarışda birinci yeri tutmağı planlaşdırsa da, istəyinə nail olmadığını vurğulayıb: "Əlbəttə, məqsədim qızıl medal qazanmaq idi. Hazırlıq prosesi yüksək səviyyədə keçmişdi və uğurlu çıxış üçün hər şey qaydasında idi. Amma idman gözlənilməzdir və hər zaman planlaşdırdığın kimi alınmır. 20 gün əvvəl Avropa çempionatında gözlədiyim nəticəni əldə edə bilməmişdim. Buna görə də bu turnirə daha böyük motivasiya və ilk növbədə özümə sübut etmək istəyi ilə gəlmişdim ki, ən yüksək yerlər uğrunda mübarizə aparmağa qadirəm. Hər şey plan üzrə gedirdi, lakin yarımfinal döyüşüm istədiyim kimi alınmadı. Bununla belə, bu cür məqamlar insanı daha da gücləndirir. Hər yarış yeni potensialı üzə çıxarır, dəyərli təcrübə qazandırır və üzərində daha çox işləməli olduğun məqamları göstərir" Qaşim Maqomedov ona dəstək göstərənlərə təşəkkür edib: "Mənim üçün yaradılan şəraitə görə Azərbaycan Taekvondo Federasiyasına, məşqçilərimə, komandanın bütün üzvlərinə, həmçinin mənə inanan və bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


