Roma Papası Fransaya səfər edəcək
Papa XIV Leo sentyabrın 25-28-də Fransaya rəsmi dövlət səfəri edəcək və bu, Vatikan rəhbərinin son 18 ildə ölkəyə ilk rəsmi səfəri olacaq. Səyahət zamanı pontifik Parisə və Lurdun ziyarət mərkəzinə baş çəkəcək. Bu barədə “Politico” məlumat yayıb Vatikan səfərin Fransa prezidenti Emmanuel Makron, öl

Papa XIV Leo sentyabrın 25-28-də Fransaya rəsmi dövlət səfəri edəcək və bu, Vatikan rəhbərinin son 18 ildə ölkəyə ilk rəsmi səfəri olacaq. Səyahət zamanı pontifik Parisə və Lurdun ziyarət mərkəzinə baş çəkəcək. Bu barədə “Politico” məlumat yayıb Vatikan səfərin Fransa prezidenti Emmanuel Makron, ölkənin kilsə rəhbərliyi və YUNESKO-nun baş direktorunun dəvətinə cavab olaraq baş tutacağını bildirib Səfər çərçivəsində XIV Leo Parisdə YUNESKO-nun baş qərargahında da olacaq Fransa prezidenti Emmanuel Makron sosial şəbəkələrdəki paylaşımı ilə Vatikanın açıqlamasına reaksiya verib "Biz həzrətləri Papa XIV Leo-nun Fransaya səfərini təsdiqləməsindən məmnunuq. Bu səfər... ölkəmiz üçün şərəf, katoliklər üçün sevinc və hər kəs üçün böyük bir ümid anı olacaq", - Makron deyib Aprel ayında Fransa prezidenti şəxsən Vatikana səfər etdi və burada o, Fransa Yepiskoplar Konfransının prezidenti kardinal Jan-Mark Avelinin pontifiki dəvətini təkrarladı Kardinal Jean-Marc Aveline qarşıdan gələn səfəri "böyük sevinc" və "böyük məsuliyyət" adlandırdı Papa XIV Leo Katolik Kilsəsinə rəhbərlik edən ilk amerikalı oldu. O, ABŞ prezidenti Donald Trampın İran böhranı ilə bağlı anti-müharibə mövqeyinə görə tənqidindən sonra son həftələrdə diqqət mərkəzində olub Fransadan başqa, pontifik iyunda İspaniyaya da səfər etməyi planlaşdırır. Səfər zamanı onun İspaniyanın baş naziri Pedro Sançeslə görüşü, həmçinin Madrid, Barselona və Kanar adalarına səfəri planlaşdırılır

