Tenqri
Ana Səhifə
Siyasət

WUF13 çərçivəsində “YUNESKO-nun Yaradıcı Şəhərlər və Davamlı Şəhər İnkişafı” mövzusunda panel sessiyası başa çatıb

BAKI, Azərbaycan, 19 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi və YUNESKO-nun birgə təşkilatçılığı ilə “YUNESKO-nun yaradıcı şəhərlər və davamlı şəhər inkişafı” mövzusunda panel sessiyası keçirilib Sessiya zamanı davamlı şə

0 baxıştrend.az
WUF13 çərçivəsində “YUNESKO-nun Yaradıcı Şəhərlər və Davamlı Şəhər İnkişafı” mövzusunda panel sessiyası başa çatıb
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi və YUNESKO-nun birgə təşkilatçılığı ilə “YUNESKO-nun yaradıcı şəhərlər və davamlı şəhər inkişafı” mövzusunda panel sessiyası keçirilib Sessiya zamanı davamlı şəhər inkişafında yaradıcı şəhərlərin rolu, mədəni əməkdaşlığın genişləndirilməsi və mədəniyyət siyasətinin şəhərsalma strategiyalarına inteqrasiyası mövzularında müzakirələr aparılıb Panel müzakirəsi həmçinin yaradıcı sənayelərin inkişafı, mədəni irsin qorunması və mədəniyyətin şəhər dayanıqlığının təmin edilməsinə töhfəsinin artırılması üçün əsas istiqamətləri nəzərdən keçirib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler