Bakıda WUF13 çərçivəsində “Şəhərlərin rifahı üçün mənzil və hamı üçün imkanlar” mövzusunda panel sessiyası başa çatıb (FOTO)
BAKI, Azərbaycan, 17 may. 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində "Şəhərlərin rifahı və hamı üçün imkanlar üçün mənzil" mövzusunda panel müzakirəsi keçirilib Sessiya zamanı iştirakçılar mənzili insan hüququ və ləyaqət, bərabərlik və sosial mobillik üçün əsas kimi müzakirə ediblər Panel

BAKI, Azərbaycan, 17 may. 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində "Şəhərlərin rifahı və hamı üçün imkanlar üçün mənzil" mövzusunda panel müzakirəsi keçirilib Sessiya zamanı iştirakçılar mənzili insan hüququ və ləyaqət, bərabərlik və sosial mobillik üçün əsas kimi müzakirə ediblər Panel müzakirəsində yoxsulluğun və mənzil bərabərsizliyinin effektiv şəkildə azaldılmasına dair yanaşmalar, mənzil təminatı vasitəsilə yoxsulluğun azaldılmasını sürətləndirmək üçün tələb olunan prioritet tədbirlər və tərəfdaşlıqlar, habelə hökumətlərin, xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrində və təcrid olunmuş ərazilərdə mənzil çatışmazlığını necə həll edə biləcəyi nəzərdən keçirilib Keyptaun Universitetində Afrika Şəhərlər Mərkəzinin (ACC) təsisçi direktoru Edqar Piterse və Mərakeşin mənzil məsələləri üzrə dövlət katibi Adib Benbrahim tədbirdə çıxış ediblər Müzakirələrdən sonra yoxsulluğun və mənzil bərabərsizliyinin azaldılmasına yönəlmiş yanaşmaların işlənib hazırlanması və hökumətlərin xüsusilə qeyri-rəsmi məskunlaşmalarda və təcrid olunmuş ərazilərdə mənzil çatışmazlığı ilə necə mübarizə apara biləcəyinə dair təklif və tövsiyələrin irəli sürülməsi gözlənilir BMT-Habitat proqramı və Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində 17-22 may 2026-cı il tarixlərində Bakıda WUF13 keçirilir. Forumda müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər, akademik ictimaiyyət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər


