WUF13 çərçivəsində təbiətə əsaslanan sistemlərlə dayanıqlı mənzillər üzrə panel Bakıda yekunlaşıb
BAKI, Azərbaycan, 22 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası çərçivəsində “Təbiət əsaslı sistemlərlə davamlı, dayanıqlı yaşayış binalarını gücləndirən enerji ilə doldurulan mənzərə” adlı panel müzakirəsi başa çatıb Sessiya zamanı iştirakçılar gələcəyin dayanıqlı və

BAKI, Azərbaycan, 22 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası çərçivəsində “Təbiət əsaslı sistemlərlə davamlı, dayanıqlı yaşayış binalarını gücləndirən enerji ilə doldurulan mənzərə” adlı panel müzakirəsi başa çatıb Sessiya zamanı iştirakçılar gələcəyin dayanıqlı və iqlimə uyğunlaşdırılmış yaşayış evlərinin formalaşdırılmasında təbiətə əsaslanan sistemlərin rolunu müzakirə ediblər Panel müzakirəsində yaşıl infrastrukturun şəhərsalma prosesinə inteqrasiyası, yaşayış məntəqələrinin iqlimə davamlılığının artırılması, ekoloji cəhətdən təhlükəsiz arxitekturanın inkişafı və təbii ekosistemlərin müasir şəhər modellərinə daxil edilməsi məsələləri müzakirə olunub Tədbirdə beynəlxalq təşkilatların, memarlıq ictimaiyyətinin, ekoloji təşəbbüslərin, tədqiqat mərkəzlərinin və şəhər idarəetmə orqanlarının nümayəndələrinin çıxışları olub Müzakirələrdən sonra dayanıqlı şəhər məkanlarının inkişafına, yaşayış evlərinin ekoloji dayanıqlığının artırılmasına və urbanizasiyada təbiətə əsaslanan həllərin təşviqinə yönəlmiş tövsiyə və təkliflər irəli sürülüb Bu arada, bu gün Bakıda WUF13-ün final günü keçirilir Forumun ilk günündə Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Forumda həmçinin BMT və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi keçirilib Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə yadda qalıb. Bu gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Həmçinin WUF13 çərçivəsində Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün əsas platforma kimi təqdim edilən Mexiko şəhər pavilyonunun açılışı olub WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qaldı. Bu gün müzakirələr qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin yaradılması, iqlimə davamlılıq, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzuları əhatə edib Üçüncü günün diqqət çəkən məqamlarından biri də Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaş şəhər sazişinin imzalanması olub WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv şəhər inkişafı, mənzil siyasəti və davamlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı təqdim etdi Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin yaradılması, iqlimə davamlılıq, şəhər idarəetməsində süni intellektin istifadəsi, “yaşıl” urbanizasiya, sosial bərabərlik kimi mövzular ətrafında müzakirələr davam etdirilib Dördüncü gün keçirilən Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Şəhərlər Forumunun əsas hadisələrindən biri Almatı şəhərinin “İqlim Dəyişikliyinə Dayanıqlı Ağıllı Şəhərlər üzrə SPECA Forumunun yaradılmasına dair Niyyət Bəyannaməsi”nə rəsmi qoşulmasının elan edilməsi oldu Həmçinin, WUF tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıq və Qərar Qəbuletmə” keçirilib “Dünyada yaşayış: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş WUF13 Forumu davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirdi. Forumda iştirak etmək üçün 182 ölkədən 40 mindən çox insan qeydiyyatdan keçib


