Pakistanın baş naziri və Azərbaycanın ədliyyə naziri hüquqi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
BAKI, Azərbaycan, 14 may. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu Pakistana səfəri çərçivəsində qəbul edib Görüşdə Fərid Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistanın Baş nazirinə çatdır

BAKI, Azərbaycan, 14 may. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu Pakistana səfəri çərçivəsində qəbul edib Görüşdə Fərid Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistanın Baş nazirinə çatdırıb. Məhəmməd Şehbaz Şərif öz növbəsində dərin ehtiramını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib Tərəflər Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm tarixi, mədəni və dini bağlar üzərində qurulduğunu, bütün sektorlar üzrə strateji tərəfdaşlığa çevrildiyini vurğulayıblar İkitərəfli münasibətləri tənzimləyən hüquqi bazaya xüsusi diqqət yetirilib. Bildirilib ki, son iki ildə iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramı qarşılıqlı təcrübə mübadiləsinin möhkəmlənməsinə şərait yaradıb. Tərəflər bu hüquqi sənədlərin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına mühüm töhfə verdiyini vurğulayıblar Görüşdə, həmçinin, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahələrində səmərəli əməkdaşlığa dair müzakirələr aparılıb. Hər iki tərəf ədliyyə və hüquq sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi üçün mövcud imkanları vurğuladılar

