Pakistanın Azad Cammu və Kəşmir bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 22 əsgər həlak olub
Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir bölgəsində Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğrayan hərbi helikopterdə 22 hərbçinin həlak olduğu açıqlanıb Dünən havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində helikopterdə ola

Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir bölgəsində Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğrayan hərbi helikopterdə 22 hərbçinin həlak olduğu açıqlanıb Dünən havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində helikopterdə olan bütün ekipaj üzvlərinin cansız cəsədləri aparılan axtarış-xilasetmə əməliyyatları zamanı aşkar edilib AA müxbirinə danışan Pakistan mənbələri qəza nəticəsində 1 polkovnik, 2 mayor və 19 əsgərin həyatını itirdiyini, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib Həyatını itirənlər üçün dəfn mərasimi keçirilib Pakistan ordusuna məxsus "Mi-17" tipli helikopter ötən gün Azad Cammu və Kəşmir bölgəsinin Müzəffərabad şəhəri yaxınlığında havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb


