Pakistanda terror aktı - 14 polis öldü
Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən - Şənbə günü baş verib Hücu

Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən - Şənbə günü baş verib Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dağıntılar altından 14 polis əməkdaşının meyiti çıxarılıb, daha 3 nəfər isə sağ tapılaraq xəstəxanaya yerləşdirilib Terror aktına görə məsuliyyəti "İttihad-ul-Mücahidin" adlı silahlı qruplaşma öz üzərinə götürüb


