Pakistan elektro-optik peykini uğurla orbitə buraxıb
Pakistan Kosmos və Yüksək Atmosfer Tədqiqatları Komissiyası (SUPARCO) Taiyuan Peyk Buraxılış Mərkəzindən özünün yerli elektro-optik peykini (EO-3) uğurla orbitə buraxaraq, ölkənin kosmik imkanlarında daha bir mühüm mərhələyə imza atıb "Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliy

Pakistan Kosmos və Yüksək Atmosfer Tədqiqatları Komissiyası (SUPARCO) Taiyuan Peyk Buraxılış Mərkəzindən özünün yerli elektro-optik peykini (EO-3) uğurla orbitə buraxaraq, ölkənin kosmik imkanlarında daha bir mühüm mərhələyə imza atıb "Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb "Əsas görüntüləmə missiyasından əlavə, EO-3 yeni nəsil kosmik texnologiyaları sınaqdan keçirmək məqsədi daşıyan qabaqcıl eksperimental faydalı yüklər daşıyır", - bəyanatda bildirilib. Qeyd olunub ki, yüklərə görüntüləmə dəqiqliyini artırmaq üçün çoxhəndəsəli təsvir modulu, qabaqcıl enerji saxlama sistemi və real vaxt rejimində təhlil və ağıllı qərar qəbulu dəstəyini təmin etmək üçün süni intellektə əsaslanan məlumat emalı bloku daxildir: "EO-3-ün Pakistanın yerin müşahidəsi peyk donanmasına əlavə edilməsi məsafədən zondlama sahəsində milli imkanları əhəmiyyətli dərəcədə artırır. İnteqrasiya edilmiş sistem məlumatların kəsilməzliyini, görüntüləmə etibarlılığını və analitik dəqiqliyi yaxşılaşdıracaq və Pakistanın sosial-iqtisadi sektorlarında tətbiqləri dəstəkləyəcək" Pakistan Launches Indigenous EO-3 Satellite , Marking Major Space Milestone pic.twitter.com/JBtYAfQhuj— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) April 25, 2026 Pakistan Launches Indigenous EO-3 Satellite , Marking Major Space Milestone pic.twitter.com/JBtYAfQhuj Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
.webp&w=2048&q=70)

