Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın investisiya mühiti, iqtisadi zonalarda yaradılan infrastruktur, investorlar üçün tətbiq olunan güzəştlər, eləc

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın investisiya mühiti, iqtisadi zonalarda yaradılan infrastruktur, investorlar üçün tətbiq olunan güzəştlər, eləcə də agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib Tərəflər sənaye infrastrukturu, tekstil və geyim istehsalı, pərakəndə satış, qida məhsulları, səhiyyə texnologiyaları, tibbi turizm və daşınmaz əmlak sahələrində mümkün tərəfdaşlıq istiqamətlərini qiymətləndirib, məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Həmçinin Pakistan tərəfi bu ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


