Tenqri
Ana Səhifə
Dünya

28 səhifəlik məxfi sənədlə bağlı qalmaqal - Paşinyanın siyasəti Azərbaycana uyğunlaşdırılır?

Avropa İttifaqının Ermənistana göndərdiyi “hibrid təhdidlərə qarşı mübarizə qrupu” ilə bağlı ciddi iddialar səsləndirilib Publika.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın vəkili, Robert Amsterdam mayın 6-da jurnalistlərlə görüşündə danışıb Onun sözlər

0 baxışpublika.az
28 səhifəlik məxfi sənədlə bağlı qalmaqal - Paşinyanın siyasəti Azərbaycana uyğunlaşdırılır?
Paylaş:

Avropa İttifaqının Ermənistana göndərdiyi “hibrid təhdidlərə qarşı mübarizə qrupu” ilə bağlı ciddi iddialar səsləndirilib Publika.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın vəkili, Robert Amsterdam mayın 6-da jurnalistlərlə görüşündə danışıb Onun sözlərinə görə, sözügedən qrupun fəaliyyəti ilə bağlı 28 səhifəlik məxfi sənəd mövcuddur və bu sənəd ictimaiyyətə açıqlanmır. Amsterdam iddia edib ki, həmin sənədə əsasən, yalnız Ermənistan hökuməti bu “ekspertlərə” hansı məzmunun bloklanacağını müəyyən etmək üçün göstəriş verə bilər “Bu, demokratiya deyil, seçkilərə açıq müdaxilədir. Biz artıq Avropa İttifaqının Ermənistandakı yanlış siyasətini pisləyən sənədi dərc etmişik”, - deyə o bildirib Vəkil Avropa rəsmilərinin davranışını “utancverici” adlandıraraq, bunu insan hüquqlarından uzaqlaşma kimi qiymətləndirib. Onun fikrincə, Avropa İttifaqı Ermənistana belə bir missiya göndərmək və milyonlarla avro vəsait ayırmaq üçün əsaslara malik deyil Amsterdam iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan siyasi rəqiblərini gözdən salmaq üçün onları müxtəlif sistemlərin tərkib hissəsi kimi təqdim edir və bu yolla Qərbdən maliyyə dəstəyi almağa çalışır O, həmçinin bildirib ki, seçkilər ərəfəsində Azərbaycan və digər ölkələrin proseslərə cəlb edilməsi ilə bağlı iddialar səslənsə də, əsas təhlükə Paşinyanın “avtoritar siyasəti” ilə bağlıdır “Qərbdə də yaxşı bilirlər ki, o, insan hüquqlarını qorumaqda acizdir”, - deyə vəkil əlavə edib Amsterdam qarşıdan gələn seçkilərin Ermənistan üçün “ekzistensial əhəmiyyət” daşıdığını vurğulayaraq, Paşinyanın cəmiyyətdə qorxu mühiti yaratmağa çalışdığını iddia edib. Onun sözlərinə görə, aşağı seçici fəallığı hakimiyyətin yenidən formalaşmasına xidmət edə bilər Vəkil seçiciləri Samvel Karapetyana səs verməyə çağıraraq bildirib ki, o, Ermənistanın maraqlarını qorumağa qadirdir. O, həmçinin Avropa nümayəndələrinin iştirak etdiyi görüşlərdə Ermənistanın problemlərinin - əsirlər və dini abidələrlə bağlı məsələlərin - gündəmə gətirilmədiyini qeyd edib Sonda Amsterdam bildirib ki, Paşinyanın irəli sürdüyü “real Ermənistan” konsepsiyası ölkənin əsaslarının Azərbaycanın maraqlarına uyğunlaşdırılması kimi qiymətləndirilə bilər. Onun fikrincə, Samvel Karapetyan daha balanslı xarici siyasət yürütmək imkanına malikdir Oğurluğa görə tutulan 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxdı - Türkiyədə İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı Ermənistan uşaq pornoqrafiyası ilə silkələnir: Baş prokuror şok faktlar açıqladı Ermənistan bu ölkəni 44 günlük müharibəyə görə günahlandırdı: Onlar Azərbaycanla Paşinyanın İrana səfəri niyə baş tutmur? Makronun bu tələbi İrəvanı dilemma qarşısında qoyub: Moskva ilə qarşıdurma qaçılmazdır ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir? Günün ulduz falı: Mühüm qərarlar verməli olacaqsız İran nüvə silahına sahib olmamağa razıdır - Tramp Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası... - Dəhşətli faktların üstü açıldı Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçaturyan açıqladı Gəncədə qızqaçırtma zamanı bıçaqlı dava: 4 nəfər yaralandı - Yeniləndi Azərbaycanda ilk dəfə: bu yolu saatda 130 kilometr sürətlə getmək mümkündür Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək

Kaynak: publika.az

Diğer Haberler