Tenqri
Ana Səhifə
Dünya

Paşinyanın “sabit çoxluq” olmayan qələbəsi – konstitusiyanı dəyişə biləcəkmi?

Ermənistanın hakim partiyası mandat sayına görə hökuməti təkbaşına formalaşdıra bilsə də, konstitusion çoxluğa nail ola bilməyib. Konstitusion çoxluq və ya “sabit çoxluq” üçün səslərin 54 faizini toplamaq lazımdır. Bunu təmin etməyin iki hüquqi yolu var Birinci yol: I turda hökuməti formalaşdırmaq

0 baxışpublika.az
Paşinyanın “sabit çoxluq” olmayan qələbəsi – konstitusiyanı dəyişə biləcəkmi?
Paylaş:

Ermənistanın hakim partiyası mandat sayına görə hökuməti təkbaşına formalaşdıra bilsə də, konstitusion çoxluğa nail ola bilməyib. Konstitusion çoxluq və ya “sabit çoxluq” üçün səslərin 54 faizini toplamaq lazımdır. Bunu təmin etməyin iki hüquqi yolu var Birinci yol: I turda hökuməti formalaşdırmaq mümkün olmasa, II tur ən çox səs toplayan iki partiya arasında keçirilir və sadə səs çoxluğu ilə qalib gələn partiya konstitusion çoxluğu təmin edir; İkinci yol: I turda qalib partiya, yaxud partiyaların yaratdığı koalisiyalar hökuməti formalaşdıra bilirsə, “sabit çoxluğu” təmin etmək üçün əlavə bonuslar – mandat yerləri alır, lakin partiya, yaxud koalisiya qüvvələri seçicilərin 50 faizindən çoxunu qazandığı halda bu, mümkündür; Hakim “Vətəndaş müqaviləsi” partiyası hökuməti formalaşdıra biləcək qədər mandat əldə etdiyi üçün II tur keçirilməyəcək, lakin səslərin 50 faizdən azını (49,82 faiz) qazandığı üçün “sabit çoxluğun” təmin edilməsi imkanından yararlana bilmir. Bu, hökumətin təkbaşına qurulmasına, qanunların qəbul edilməsinə maneə olmasa da, bir sıra mühüm məsələlərə dair, məsələn, konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi kimi, qərarların verilməsində problemə çevrilir Bu kontekstdə Paşinyanın komandasının qələbəsi müəyyən itkilər hesabına, xüsusilə parlamentdə “sabit çoxluğun” olmaması baxımından, başa gəldi. Və seçkidən sonra regionun gələcəyinin inşa edilməsi üçün bir nömrəli məsələ olan konstitusiyanın dəyişdirilməsində çətinliklər yarana bilər. Hərçənd, bunun da çıxış yolu var: parlamentdən qərarı çıxmasa, o zaman, “xalqın imzası” ilə referendumun keçirilməsi baş tuta bilər; İstisna deyil ki, Paşinyan hakimiyyəti cari dövrdə əsas diqqətini hökuməti formalaşdırmağa və referenduma ayıracaq. Buna paralel olaraq, “kulis danışıqları” ilə əks-cəbhədəki deputatları öz yanına çəkmək istiqamətində də işləyəcək. Daha uzaq perspektivdə isə Ermənistan hakimiyyətinin konstitusion çoxluğu əldə etmək naminə növbədənkənar seçkilərə getməsi də ssenarilər arasındadır Paşinyanın qələbəsinin yaratdığı reallıq: Regionda yeni mərhələ başlayır? Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq? "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Ermənistan seçkiləri niyə geosiyasi rəqabət mərkəzinə çevrildi? - Detallar Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək BMT-də seçkini uduzan Almaniya: reanimasiyada olan AFR - ŞƏRH Keçid balları düşəcək? Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər Azərbaycanda vəzifəli şəxs vəfat etdi Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu

Kaynak: publika.az

Diğer Haberler