Tenqri
Ana Səhifə
Dünya

Paşinyanın qələbəsinin yaratdığı reallıq: Regionda yeni mərhələ başlayır?

Ermənistanda keçirilən gərgin parlament seçkiləri yekunlaşıb və Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlib. Lakin nəticələr həm hakimiyyət, həm də regionun gələcək siyasi dinamikası baxımından bir sıra yeni tendensiyaları üzə çıxarıb Mövzu ilə bağlı Publika.az-a d

0 baxışpublika.az
Paşinyanın qələbəsinin yaratdığı reallıq: Regionda yeni mərhələ başlayır?
Paylaş:

Ermənistanda keçirilən gərgin parlament seçkiləri yekunlaşıb və Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlib. Lakin nəticələr həm hakimiyyət, həm də regionun gələcək siyasi dinamikası baxımından bir sıra yeni tendensiyaları üzə çıxarıb Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Oqtay Qasımov bildirdi ki, seçkilərin nəticələri gözlənilən olsa da, müəyyən dəyişikliklər diqqətdən qaçmır: “Ermənistanda keçirilən gərgin parlament seçkiləri yekunlaşdı və gözləndiyi kimi Nikol Paşinyanın partiyası bu seçkilərdə qalib gəldi. Doğrudur, keçən seçkilərə nisbətən Paşinyanın partiyasının səsi bu dəfə 4 faizə yaxın azalıb və müxalifətin səsləri isə - söhbət parlamentə düşən qüvvələrdən gedir, təxminən 10 faizə yaxın yüksəlib. Bu Paşinyan üçün bir siqnaldır” O qeyd etdi ki, ilkin nəticələrə əsasən Paşinyanın partiyası 49.825% səs toplayıb və bu, ona parlamentdə hökuməti təkbaşına formalaşdırmaq imkanı verir: “Əgər bu nəticələr dəyişməz olarsa, Paşinyan parlamentdə təxminən 60 faiz yerlə təmsil olunacaq. Bu da ona imkan verəcək ki, təkbaşına hökuməti formalaşdırsın” Rusiya yönlü qüvvələr və daxili siyasi balans Politoloqun sözlərinə görə, yeni parlament tərkibi Paşinyan üçün tam rahat siyasi mühit yaratmır: “Bir çox prinsipial məsələlərdə, hansı ki, bunlar vacib məsələlərdir, orada 2/3 səs çoxluğuna ehtiyac yaranır. Orada Paşinyanın gələcəkdə müəyyən çətinlikləri ola bilər” O əlavə etdi ki, parlamentdə Rusiya yönlü qüvvələrin təmsilçiliyinin artması da yeni mərhələdə gərginlik yarada bilər: “Keçən parlament seçkilərindən fərqli olaraq, bu dəfə Rusiya yönlü qüvvələrin parlamentdə təmsilçiliyi artacaq. Bu da Paşinyan üçün müəyyən problemlərə səbəb olacaq faktor ola bilər” Xarici siyasət: balans, Qərb və Rusiya arasında xətt Oqtay Qasımov vurğuladı ki, Paşinyan yeni dönəmdə xarici siyasətdə mövcud xətti davam etdirəcək: “Yəni yeni dönəmdə düşünürəm ki, Paşinyan Azərbaycanla ənənəvi siyasətini davam etdirəcək. Qərblə yaxınlaşma siyasəti bundan sonra da davam etdiriləcək. Rusiya ilə münasibətlərdə məsafəli, balanslı bir xətt qorunacaq” Onun sözlərinə görə, seçkilər öncəsi Rusiyanın təzyiqlərinə baxmayaraq, İrəvan bu balansı qorumağa çalışacaq: “Seçki qabağı Rusiya tərəfindən Paşinyana nə qədər təzyiqlər keçirilsə də, Ermənistana müəyyən təsir alətləri işə salınsa da, Paşinyan bu balansı qoruyub saxlamağı bacaracaq” Sülh prosesi, konstitusiya və Zəngəzur dəhlizi Ekspert qeyd etdi ki, Azərbaycanla münasibətlərdə əsas istiqamətlər dəyişməz qalır: “Azərbaycanla münasibətlər məsələsinə gəldikdə düşünürəm ki, Paşinyan hər halda erməni cəmiyyətindən mandat alıb və müəyyən məsələlər öz həllini tapmalıdır. Belə ki, Azərbaycanla münasibətlərin inkişafı üçün müəyyən addımlar atılacaq. Kommunikasiyaların açılması, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı proseslər davam etdiriləcək” Onun fikrincə, yaxın aylarda Zəngəzur istiqamətində də real addımların atılması mümkündür: “Düşünürəm ki, artıq qısa bir müddət sonra, təxminən bir ay, ay yarım ərzində Zəngəzur məsələsinin, yəni TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı sahədə real işlərin başlanmasına start veriləcək” “Sülh müqaviləsi” və Ermənistan daxilində mümkün maneələr Politoloq sülh müqaviləsinin imzalanması perspektivinə də toxundu və bu prosesdə daxili siyasi amillərin rolunu xüsusi qeyd etdi: “Sülh müqaviləsinin imzalanması məsələsinə gəlincə, burada müəyyən bir manipulyasiya edilə bilər. Yəni Paşinyan elə bir niyyət ortaya qoya bilər ki, parlament seçkilərində qələbə qazansa da, konstitusion dəyişiklik üçün aldığı səslər və erməni cəmiyyətindəki əhval-ruhiyyə referendumun yüksək nəticə ilə başa çatacağına təminat vermir” Cəmiyyət, revanşizm və Qərbin mövqeyi Oqtay Qasımov Ermənistan cəmiyyətindəki ideoloji parçalanmaya da diqqət çəkdi: “Bu toplumun, bu ölkə vətəndaşlarının mütləq əksəriyyəti uzun müddət "miatsum" xəstəliyinə, tarixi torpaqlar, dənizdən-dənizə ideyaları ilə zəhərləniblər. Bu seçkilər bir daha göstərdi ki, erməni cəmiyyətində revanşist təfəkkürlə yaşayan kifayət qədər ciddi kəsim var” Onun sözlərinə görə, Qərb də seçki nəticələrindən sonra Ermənistanla əməkdaşlığı genişləndirəcək: “Həm Avropa İttifaqı, həm ABŞ artıq bu seçki nəticələrindən sonra Ermənistanla münasibəti genişləndirəcəklər” Ekspert həmçinin Avropa İttifaqının maliyyə və iqtisadi dəstək planlarına da toxundu və bunun İrəvanın Qərbə inteqrasiyasını gücləndirəcəyini bildirdi Regionun gələcəyi Paşinyanın addımlarından asılıdır Politoloq qeyd etdi ki, Cənubi Qafqazda sülh prosesinin taleyi Ermənistan rəhbərliyinin qərarlarından asılı olacaq “Əsas məsələ budur ki, Ermənistan normal dövlətə çevriləcək, yoxsa çevrilməyəcək. Yəni bütün proseslər Paşinyanın bundan sonrakı davranışlarından və Ermənistan-Azərbaycan münasibətlərində tutacağı rasional mövqedən asılı olacaq”, - deyə Oqtay Qasımov fikrini yekunlaşdırdı Müəllif: Adəm Abbaslı Paşinyanın “sabit çoxluq” olmayan qələbəsi – konstitusiyanı dəyişə biləcəkmi? Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq? "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Ermənistan seçkiləri niyə geosiyasi rəqabət mərkəzinə çevrildi? - Detallar Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək BMT-də seçkini uduzan Almaniya: reanimasiyada olan AFR - ŞƏRH Keçid balları düşəcək? Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər Azərbaycanda vəzifəli şəxs vəfat etdi Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu

Kaynak: publika.az

Diğer Haberler