Tenqri
Ana Səhifə
Dünya

Paşinyanın qarşısında əsas maneə: Konstitusiyanı necə dəyişəcək?

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev bildirib Deputat qeyd edib ki, Azərbaycan dövləti bu mövqeyi dəfələrlə bəyan edib və bu yanaşma beynəl

0 baxışmodern.az
Paşinyanın qarşısında əsas maneə: Konstitusiyanı necə dəyişəcək?
Paylaş:

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev bildirib Deputat qeyd edib ki, Azərbaycan dövləti bu mövqeyi dəfələrlə bəyan edib və bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də anlayışla qarşılanır Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanin siyasi qüvvəsi son seçkilərdə Konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan konstitusiya çoxluğunu əldə edə bilməyib. Hazırda hakim komandanın parlamentdə 64 mandatı var, halbuki referendumun keçirilməsi üçün ən azı 70 deputatın dəstəyi tələb olunur “Hazırkı vəziyyətdə digər siyasi qüvvələrin, o cümlədən Robert Koçaryan və ya Samvel Karapetyan tərəfdarlarının bu təşəbbüsə dəstək verməsi real görünmür. Lakin bu mürəkkəb vəziyyət Azərbaycanın legitim tələbini dəyişmir. Ermənistan hakimiyyəti və cəmiyyəti sülh müqaviləsinin imzalanmasına mane olan əsas problemi özləri həll etməlidirlər”, – deputat vurğulayıb Azay Quliyev hesab edir ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən yayınmaq cəhdləri nəticə verməyəcək “Bu halda nə Azərbaycanla sülh müqaviləsinin imzalanması, nə də Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin tam şəkildə normallaşdırılması mümkün olacaq”, – deyə o bildirib Deputat əlavə edib ki, Ermənistan Konstitusiyasında təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da ərazi iddiaları yer alır. Bu səbəbdən Ankara və Bakının məsələyə yanaşmasının koordinasiyalı şəkildə davam edəcəyinə əmin olduğunu bildirib A.Quliyev Türkiyə Xarici İşlər Nazirliyinin son bəyanatını və sonradan həmin bəyanatda mövqenin daha dəqiq ifadə olunmasını da müsbət qiymətləndirib “Biz tarixdən dərs çıxarmışıq və bir daha ermənilərin xoş vədlərinə və ya hiylələrinə aldanmayacağıq”, – deputat qeyd edib

Kaynak: modern.az

Diğer Haberler