Paşinyan məzuniyyətə çıxır
Ermənistanın baş nazir Nikol Pashinyan bildirib ki, o və hökumət üzvlərinin əksəriyyəti seçkiqabağı təşviqat dövründə məzuniyyətə çıxacaq. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan bunu Nazirlər Kabinetinin iclasında deyib və xatırladıb ki, təşviqat dövrü sabahdan başlayır Onun

Ermənistanın baş nazir Nikol Pashinyan bildirib ki, o və hökumət üzvlərinin əksəriyyəti seçkiqabağı təşviqat dövründə məzuniyyətə çıxacaq. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan bunu Nazirlər Kabinetinin iclasında deyib və xatırladıb ki, təşviqat dövrü sabahdan başlayır Onun sözlərinə görə, hökumətin əsas prioriteti parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların azad iradəsinin təmin olunması, seçicilərin ələ alınması və onlara təzyiq göstərilməsinin bütün formalarının istisna edilməsidir “Bizim hüquq-mühafizə orqanlarımız böyük iş görüblər, amma sayıqlığı azaltmaq olmaz”, — deyə Paşinyan bildirib və əlavə edib ki, əgər 2021-ci ildə seçkiləri lazımi səviyyədə keçirmək mümkün olubsa, indiki kampaniya da həmin standartlara uyğun olmalıdır Baş nazir həmçinin vurğulayıb ki, müxalif qüvvələr mitinqlər və seçicilərlə görüşlər təşkil edərkən — istər açıq meydanlarda, istərsə də qapalı məkanlarda — heç bir maneə ilə üzləşmirlər Ermənistanda parlament seçkiləri iyunun 7-nə təyin olunub


