Paşinyan müxalifətə hərbə-zorba gəldi
Ermənistanın baş naziri Nikol Pashinyan yenidən müxalifətə qarşı sərt açıqlamalar verib və bildirib ki, siyasi rəqiblərinin deputat mandatlarından imtina etməsi “100 faiz legitimliyə malik parlamentin formalaşmasına” gətirib çıxaracaq Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında

Ermənistanın baş naziri Nikol Pashinyan yenidən müxalifətə qarşı sərt açıqlamalar verib və bildirib ki, siyasi rəqiblərinin deputat mandatlarından imtina etməsi “100 faiz legitimliyə malik parlamentin formalaşmasına” gətirib çıxaracaq Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə, yeni çağırış parlementin işində iştirakdan imtina edə biləcək müxalif qüvvələrlə bağlı müzakirələri şərh edərkən danışıb “Əgər müxalifət mandatları qəbul etməkdən imtina etsə, biz 100 faiz legitim parlamentə sahib olacağıq. Əks halda, parlament tribunasında heç bir siyasi dəyəri olmayan “pul kisələri”ni görməyə məcbur olacağıq”, - deyə Paşinyan bildirib O iddia edib ki, seçicilərin səslərini alan yeganə siyasi qüvvə hakim “Vətəndaş müqaviləsi” partiyasıdır. Baş nazirin sözlərinə görə, digər siyasi qüvvələr parlamentə seçki rüşvəti hesabına keçiblər Paşinyan həmçinin mətbuatda hakimiyyətin Qagik Sarukyana siyasi sövdələşmə təklif etməsi ilə bağlı yayılan məlumatlara da sərt reaksiya verib “Əgər biz Qaqik Sarukyana hər hansı sövdələşmə təklif etsəydik, o diz çökərək gələrdi. Ermənistanda ona heç kim heç bir sövdələşmə təklif etməyib. Buna görə də o, razılaşmalar axtarmaq üçün dünyanı dolaşırdı. Haradasa nəsə tapdı, sonra isə məlum oldu ki, sadəcə onu ələ alıblar (Paşinyanın eyhamı onun Aleksandr Lukaşenko ilə münasibətlərinə yönəlib), özü isə bundan xəbərsiz idi”, – deyə baş nazir bildirib Ermənistanda parlament seçkiləri 7 iyunda keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, hakim partiya səslərin 49,825 faizini qazanıb İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan alyansı” bloku isə 9,934 faiz səs toplayıb Qagik Sarukyanın rəhbərlik etdiyi “”Çiçəklənən Ermənistan” partiyası ilkin nəticələrə əsasən 3,99 faiz səs əldə edib ki, bu da parlamentə keçmək üçün tələb olunan həddən cəmi 0,01 faiz azdır. Partiya səslərin yenidən hesablanması üçün MSK-ya müraciət edib Seçici fəallığı 58,94 faiz təşkil edib


