Paşinyan “halüsinogen göbələyinə” görə Karapetyandan 16 min dollar tələb edir
Ermənistan məhkəməsi "Vətəndaş müqaviləsi" partiyasından baş nazirliyə namizəd Nikol Paşinyanın "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyana qarşı qaldırdığı iddianı icraata qəbul edib 525.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb Paşinyan Karapetyanı Ermənistan Baş na

Ermənistan məhkəməsi "Vətəndaş müqaviləsi" partiyasından baş nazirliyə namizəd Nikol Paşinyanın "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyana qarşı qaldırdığı iddianı icraata qəbul edib 525.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb Paşinyan Karapetyanı Ermənistan Baş nazirinin "halüsinogen göbələkləri"ndən istifadə etməsi barədə açıqlamasına görə məhkəməyə verib. Paşinyan 6 milyon dram (təxminən 16 min dollar) təzminat tələb edir. İddia ərizəsində məlumatın böhtan xarakterli olduğu, buna görə də açıq təkzib və maddi kompensasiya tələb olunur Karapetyan Paşinyanın Çində halüsinasiya yaradan göbələkləri sınadığını iddia edib “Güclü Ermənistan”ın lideri bildirib ki, Paşinyanın həmin göbələkləri o qədər bəyənib ki, özü ilə bir ton gətirib. O əlavə edib ki, Paşinyan parlamentdə çıxış edərkən və ya jurnalistlərin suallarını cavablandırarkən həmin göbələkləri yeyir Paşinyan cavab olaraq Karapetyana "bir ton halüsinasiya yaradan göbələkləri" yedizdirəcəyinə və iş adamını məhkəməyə verəcəyini deyib


