Paşinyan bu vəzifələrə rəhbər təyin edə bilməyəcək - SİYAHI
Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandı. Seçkilər Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi ilə başa çatsa da, iqtidar partiyası hakimiyyətə gəldiyi gündən bəri ən az nəticə toplayıb Modern.az xatırladır ki, hakim partiya parlamen

Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandı. Seçkilər Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi ilə başa çatsa da, iqtidar partiyası hakimiyyətə gəldiyi gündən bəri ən az nəticə toplayıb Modern.az xatırladır ki, hakim partiya parlamentdəki 105 kürsüdən 61-ni qazanaraq adi çoxluğu təmin etdi. Bu isə o deməkdir ki, Paşinyan növbəti dəfə təkbaşına Baş nazir seçilə biləcək, Nazirlər Kabinetini formalaşdıracaq və gündəlik cari qanunları səs çoxluğu ilə qəbul edəcək Lakin onun üçün əsas problem və siyasi böhran rəsmi olaraq burada başlayır. Paşinyan parlamentdə fəaliyyət müddəti ərzində ilk dəfə mütləq hegemonluğunu — "konstitusional çoxluq" rejimini itirdi. Ermənistan konstitusiyasına görə, dövlətin idarə olunmasında elə strateji qərarlar və postlar var ki, onları adi səs çoxluğu ilə qəbul etmək və ya təyin etmək qeyri-mümkündür. Bunun üçün parlamentdə üçdə iki (2/3) və ya beşdə üç (3/5) səs çoxluğu tələb olunur Ermənistan Milli Məclisindəki 105 deputat yerini əsas götürsək, riyazi nisbətə əsasən, bu 63 deputat postu edir. Paşinyanın partiyasının isə cəmi 61 mandatı var. Yəni mütləq qərarlar üçün hakim qüvvəyə hər dəfə ən azı 2 deputat səsi çatmayacaq. Bu isə Paşinyanı parlament kuluarlarında müxalifətlə (Karapetyan, Köçəryan və ya Tsarukyanın qanadı ilə) birbaşa kompromisə, danışıqlara getməyə və ya onlardan gizli şəkildə deputat transfer etməyə məcbur qoyur Paşinyanın təkbaşına təyin edə bilməyəcəyi vəzifələr (3/5 tələbi) Ermənistan Respublikasının Konstitusiyasına əsasən, bunlardır: Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri Konstitusiya Məhkəməsinin hakimləri İnsan Hüquqları Müvəkkili (Ombudsman) – Televiziya və Radio Şurasının üzvləri Hesablama Palatasının sədri və üzvləri


