Ozan Tufan: "Finala çıxdığımız üçün çox xoşbəxtik"
"Trabzonspor"un futbolçusu Ozan Tufan "Gençlerbirliği" matçından sonra "Finala çıxdığımız üçün çox xoşbəxtik. Bu il inşallah kuboku şəhərimizə aparmaq istəyirik" dedi Ziraat Türkiyə Kubokunun yarımfinal matçında “Trabzonspor” səfərdə “Gənclərbirliği”ni 2:1 hesabı ilə məğlub edərək, finala yüksəlib
"Trabzonspor"un futbolçusu Ozan Tufan "Gençlerbirliği" matçından sonra "Finala çıxdığımız üçün çox xoşbəxtik. Bu il inşallah kuboku şəhərimizə aparmaq istəyirik" dedi Ziraat Türkiyə Kubokunun yarımfinal matçında “Trabzonspor” səfərdə “Gənclərbirliği”ni 2:1 hesabı ilə məğlub edərək, finala yüksəlib. Matçdan sonra mətbuata açıqlama verən "Trabzonspor"un futbolçusu Ozan Tufan finala çıxdıqları üçün xoşbəxt olduqlarını ifadə edərək, "Finala çıxdığımız üçün çox xoşbəxtik. Ümid edirik ki, bu il kuboku şəhərimizə aparacağıq. Bunun üçün çalışırıq. Bugünkü matçla bağlı konkret danışmaq lazım gəlsə, ilk hissədə çox pis çıxış etdik. Əhəmiyyətli olan qələbə qazanmaq idi. Azarkeşlərimizə də çox təşəkkür etməliyəm. Bizi çox yaxşı dəstəklədilər”. - ANKARA


