Oyan Nəzəriani Vyetnamda IOC və UWW-nin birgə təşkil etdiyi məşqçilik kursunda təlim keçib
Azərbaycanın çimərlik güləşi millisinin baş məşqçisi Oyan Nəzəriani Vyetnamın Dananq şəhərində Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Güləş Birliyinin (UWW) əməkdaşlığı çərçivəsində "Level 2 Coaching Course and Beach Wrestling Coaching Course"da təlim keçib Bu barədə "Report"a Azərbaycan Güləş

Azərbaycanın çimərlik güləşi millisinin baş məşqçisi Oyan Nəzəriani Vyetnamın Dananq şəhərində Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Güləş Birliyinin (UWW) əməkdaşlığı çərçivəsində "Level 2 Coaching Course and Beach Wrestling Coaching Course"da təlim keçib Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirilib Təlimləri bolqarıstanlı mütəxəssis Georgi Sredkov, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) müşahidəçisi, UWW-nin məşqçilik təhsili üzrə mütəxəssisi və ali qurumun Çimərlik Güləşi Komitəsinin üzvü olan milli komandanın baş məşqçisi Oyan Nəzəriani keçiblər Altı gün davam edən kurs zamanı iştirakçılara güləş üzrə müasir məşqçilik metodları üzrə nəzəri və praktiki təlimlər keçirilib. Proqram çərçivəsində UWW-nin tədris materialları və metodik vəsaitləri ətraflı şəkildə öyrənilib, məşq prosesinin təşkili və idmançıların hazırlığı ilə bağlı qabaqcıl yanaşmalar iştirakçılarla bölüşülüb. Kursun yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub Qeyd edək ki, tədbir məşqçilərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin paylaşılması və güləş idman növünün inkişafına töhfə verilməsi məqsədi daşıyıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


