Tenqri
Ana Səhifə
Dünya

"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov

"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıda ke

0 baxışpublika.az
"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
Paylaş:

"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıda keçirilən Enerji Həftəsinin əhəmiyyəti artdı, çünki tədbir onilliklər ərzində özünü Avropa enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi sübut etmiş ölkədə keçirilir" Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda "NE Global"a verdiyi müsahibədə bildirib "Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz tədarük edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Siyahıya son qoşulanlar Avstriya və Almaniya olub. "Gözləmə siyahısı"nda xeyli sayda ölkə var ki, onlar da enerji mənbələri portfelini Azərbaycan qazı hesabına şaxələndirməyə çalışırlar Enerji keçidi kontekstində nəyi müzakirə etməyimizdən asılı olmayaraq - bu, şübhəsiz ki, çox vacibdir - Prezident İlham Əliyevin vurğuladığı kimi çox praqmatik, realist olmalıyıq Xoşbəxtlikdən, ya da təəssüf ki, fosil yanacaq hələ bir müddət bizimlə qalacaq və ən azı təbii qaz illər boyu keçid yanacağı rolunu qoruyacaq. Məhz buna görə bizim üçün vacib məqam odur ki, alternativ enerji mənbəyi kimi bizə etibar etmək olar Amma söhbət yalnız fosil yanacaqdan getmir. Biz getdikcə daha çox yaşıl enerji barədə danışırıq Azərbaycan bərpa olunan enerji mənbələrinə və elektroenergetikaya fəal investisiya yatırır. Biz gözləyirik ki, 2035-ci ilə qədər milli enerji sistemimizdə bərpa olunan mənbələrin payı təxminən 42% təşkil edəcək - bu, çox mühüm göstəricidir Günəş və külək enerjisi sahəsində böyük potensialımız var. Daxili istehlak üçün istifadə etdiyimiz təbii qazın bir hissəsini əvəzləyərək, biz daha çox ölkəyə ixrac üçün əlavə həcmlər yaratmaq istəyirik. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında iştirakçı kimi rolu da məhz bundan ibarətdir", - deyə Əmirbəyov qeyd edib Prezidentin nümayəndəsi vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi infrastruktur əlaqəliliyi olmadan mənasızdır: "Məhz buna görə energetika nəqliyyat əlaqəliliyi ilə birlikdə Cənubi Qafqazı getdikcə daha strateji bölgəyə çevirir. Avropaya baxsaq - o da yeni bazarlar və yeni enerji mənbələri axtarışındadır, zəngin resursları ilə tanınan Mərkəzi Asiyaya çıxış isə məhz Cənubi Qafqaz vasitəsilə təmin olunur" O bildirib ki, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın hərəkətverici qüvvələridir, lakin bu bölgəyə Avropadan çıxış Cənubi Qafqaz vasitəsilə keçir ki, bu da bölgənin və xüsusilə Azərbaycanın - həm istehsalçı ölkə, həm də tranzit dövləti kimi - geoiqtisadi və geosiyasi əhəmiyyətini izah edir Əmirbəyov deyib ki, Azərbaycanın neft-qaz şirkəti - SOCAR beynəlxalq arenada getdikcə daha fəal şəkildə təmsil olunur Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi İlham Əliyev İsveç Kralını təbrik etdi XİN İsveçi təbrik etdi Azərbaycan ilk dəfə bu siyahıda MEDİA bəzi informasiya resurslarında yayımlanan dezinformasiya barədə açıqlama yaydı Onlar vəzifədən azad edildilər - Sərəncam Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var "Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb “Qarabağ”ın yarımmüdafiəçisi oynadı? Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?

Kaynak: publika.az

Diğer Haberler