Tenqri
Ana Səhifə
Dünya

Overçuk Aİ ilə yaxınlaşacağı təqdirdə, Ermənistana dəstəyin dayandırılacağını elan edib

Əgər İrəvan Avropa İttifaqı ilə yaxınlaşmağa davam edərsə, Rusiya Ermənistana Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya ikitərəfli müqavilələr çərçivəsində dəstək verməyəcək APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib O deyib ki, Rusiya Ermənistand

0 baxışapa.az
Overçuk Aİ ilə yaxınlaşacağı təqdirdə, Ermənistana dəstəyin dayandırılacağını elan edib
Paylaş:

Əgər İrəvan Avropa İttifaqı ilə yaxınlaşmağa davam edərsə, Rusiya Ermənistana Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya ikitərəfli müqavilələr çərçivəsində dəstək verməyəcək APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib O deyib ki, Rusiya Ermənistanda parlament seçkilərində kimin qalib gələcəyini görüb sonra tədbir görməli, qərar verməlidir: “Çünki Avropayönümlü qüvvələr qalib gələrsə, bu, Ermənistanın Avropa İttifaqına doğru irəliləməsi deməkdir və o zaman həqiqətən müvafiq tədbirlər görmək lazım gələcək” Overçukun sözlərinə görə, Moskva gələcəyini Rusiya ilə müharibəyə hazırlaşan Avropa İttifaqında görən bir ölkəyə maliyyə dəstəyi verə bilməz “Niyə belə bir ölkəyə dəstək verməliyik? Sabah bizimlə döyüşə bilənlərə pul verəcəyikmi?", - o vurğulayıb Rusiya Baş nazirinin müavini xatırladıb ki, Rusiya hələ də Aİİ çərçivəsində Ermənistana qarşı öhdəliklərini qoruyur, lakin bunlar yenidən nəzərdən keçirilə bilər Overçuk əlavə edib ki, liderlərin Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasındakı bəyanatında Ermənistanın ittifaqdakı üzvlüyünün dayandırılması ehtimalının araşdırılması qeyd olunub: “Biz Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını istəmirik”

Kaynak: apa.az

Diğer Haberler