Tenqri
Ana Səhifə
Dünya

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı keçirilib Bu barədə AZƏRTAC-ın bö

0 baxışazertag.az
Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO
Paylaş:

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı keçirilib Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib Bildirilib ki, tədbirdən əvvəl təşkil olunan “Aykido və Yapon Mədəniyyəti” sərgisi iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb. Sərgidə aykido məşqlərində istifadə olunan geyim və avadanlıqlar, taxta məşq alətləri, yapon mədəniyyətinə aid milli və dekorativ əşyalar, kalliqrafiya nümunələri, diplomlar, medallar, kuboklar və sertifikatlar nümayiş etdirilib. Bununla yanaşı, Oğuz Aykido Mərkəzinin müxtəlif illərdə qazandığı uğurları əks etdirən fotoşəkillər, yerli və beynəlxalq tədbirlərdən görüntülər, eləcə də məşqlər və yarışlarla bağlı videomateriallar sərgilənib Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib Festivalda çıxış edən Oğuz rayon icra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov gənclərin sağlam və vətənpərvər ruhda formalaşmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, idmanın və mədəniyyətin gənclərin inkişafında mühüm rol oynadığını qeyd edərək, Aykido kimi mənəvi dəyərləri, intizamı və qarşılıqlı hörməti təbliğ edən idman növlərinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxışında ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu idman siyasəti nəticəsində ölkəmizdə bütün idman növləri kimi aykido da inkişaf etməkdədir Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının sədri Atil Ağamirov isə çıxışında aykidonun fəlsəfəsi, dünya üzrə inkişaf tarixi və Azərbaycanda qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib Daha sonra aykidonun tarixi və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub. Festivalın bədii-idman hissəsində aykido ustaları və idmançılar tərəfindən nümunəvi çıxışlar təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler