Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq
“Abad məhəllə” layihəsi paytaxt Bakıdan sonra regionlarda da uğurla icra olunur AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaş məmnunluğuna xidmət edən belə layihələrdən biri Oğuz şəhərində icra olunur. Çoxmənzilli binaların həyətlərinin yenidən bərpası və abadlaşdırılması istiqamətində işlər hə

“Abad məhəllə” layihəsi paytaxt Bakıdan sonra regionlarda da uğurla icra olunur AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaş məmnunluğuna xidmət edən belə layihələrdən biri Oğuz şəhərində icra olunur. Çoxmənzilli binaların həyətlərinin yenidən bərpası və abadlaşdırılması istiqamətində işlər həyata keçirilir. İlin əvvəllindən şəhər ərazisində iki məhəllənin abadlaşdırılması istiqamətində layihənin icrasına başlanılıb və proses davam etdirilir. Həyata keçirilən abadlıq işləri ilk növbədə sakinlərin rahatlığıana xidmət edir Oğuz şəhərində ilin əvvəlindən iki məhəllədə abadlıq işlərinə başlanması sakinlərin ürəyincə olub. İndi Heydər Əliyev prospektində, eləcə də İntizam Rəhimov küçəsindəki çoxmənzilli binaların sakinləri özlərinin dediyi kimi abad günə çıxıblar Oğuz şəhər sakini, bir neçə kitabın müəllifi Yusif Rzayev 50 ilə yaxındır yaşadığı məhəllədəki vəziyyəti təsvir edərkən xeyli həyəcanlanır. Çünki hər kəs binaların arasındakı ərazini hissələrə bölərək zəbt etmişdi. İndi isə bu məhəllədə tamam başqa bir ab-hava hökm sürür. Yusif müəllimin balaca kitabxanası isə ona əlavə rəng qatır. Deyir onu daha da yaxşı bir vəziyyətə gətirəcəklər “Sizin gördüyünüz bu məhəllədə mənim şəxsi kitabxanam var. Sağ olsunlar rayon rəhbərliyi ki, burada kitabxananın fəaliyyət göstərməsinə şərait yaradıblar. Bu kitabxanada 2 min ədəd müxtəlif növ, müxtəlif adda - Ulu Öndərimizin, Prezidentimizin kitabları var. Həmçinin Nizami Gəncəvinin, Fizulinin, dünya ədəbiyyatı klassiklərinin, uşaq ədəbiyyatının nümunələri yer alır. Bu ərazidə yaşayan kim istəsə gəlib adını yazdırıb kitab götürə və oxuduqdan sonra qaytara bilərlər. Bu da insanlarımızın maariflənməsinə, istirahətinə, asudə vaxtlarının səmərəli keçməsinə köməyin bir nümunəsidir” deyən Yusif müəllim əlavə edir ki, həyətdə işlərə başlandıqdan sonra yeni gül kolları və ağaclar əkilib. İndi səhər və axşam saatlarında Yusif müəllim həyətdə həmin ağaclara, gül kollarına şəxsən özü qulluq edir İntizam Rəhimov küçəsinin sakini İradə Qazıyeva məhəllədə abadlıq işlərinə başlanma ərəfəsində zəbt etdiyi ərazini sökməyəcəyini desə də, indi etiraf edir ki, doğrudan da abad məhəllədə əyləşib istirahət etmək, qonşularla ünsiyyət qurmaq tamam başqa bir zövq verir. Onun bağ-bağçası da öz yerində qalır və gül-çiçəyinə qulluq da edir, ağaclarını bəsləyir Məhəllə sakinləri deyir ki, havalar isindikcə həyət-bacada insanların da sayı artır. İndi axşamlar, hətta samovar çayı belə dəmləyib birgə əyləşirlər Şəhər üzrə nümayəndə Bayram Bayramov həyata keçirilən işlərin daxili imkanlar hesabına icra olunduğunu, bu səbəbdən tamamlanmadığını bildirir. Bayram Bayramov bildirir ki, son iki ay ərzində Oğuz şəhərinin İntizam Rəhimov və Heydər Əliyev küçələrinin ictimai yaşayış binalarının həyətlərində olan, köhnə setkalar içərisində yerləşən tikililər sökülərək yenisi ilə əvəz olunub. “Bunaların sakinləri görülən işlərdən məmnun qalıblar və bu işlər Oğuz şəhərində davam etdirilir. Eyni zamanda Oğuz şəhərində abadlıq işləri də sürətlə gedir. Hazırda şəhərin kənar məhəllərində olan küçələrdə abadlıq-quruculuq işləri davam etdirilir”, - deyə bildirib Oğuz şəhər üzrə nümayəndə onu da əlavə edir ki, il ərzində şəhər ərazisindəki əksər məhəllələrdə zəbt edilən ərazilər ilk növbədə təmizlənərək səliqə-sahman yaradılacaq, növbəti mərhələdə isə əsaslı təmir olunaraq göz oxşayan abad məhəllələrlə əvəz olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


