İranın cavab zərbəsi: SEPAH ABŞ-a qarşı raket və dronlardan istifadə etdi
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Yaxın Şərqdəki hədəflərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib Müvafiq bəyanat ABŞ-ın İran ərazisini vurmasından sonra verilib Xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkənin silahlı qüvvələri istənilən hücum və ya təhdidlərə cavab verəc

İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Yaxın Şərqdəki hədəflərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib Müvafiq bəyanat ABŞ-ın İran ərazisini vurmasından sonra verilib Xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkənin silahlı qüvvələri istənilən hücum və ya təhdidlərə cavab verəcək. O, sosial şəbəkələrdə ABŞ-a müraciət ünvanlayaraq, "Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin" yazıb Bundan əvvəl ABŞ ordusunun İranın Bəndər Abbas liman şəhəri, həmçinin Qeşm və Sirik adalarına hücum etdiyi bildirilir. Prezident Donald Tramp bildirib ki, hücum daha əvvəl Apaçi helikopterinin vurulmasına cavabdır. Onun sözlərinə görə, ABŞ-ın reaksiyası “çox güclü, çox güclü” olub


