OTS yeni geosiyasi reallıqlar fonunda daha effektiv əməkdaşlıq formatına çevrilir - analitik
BAKI, Azərbaycan, 16 may. Türk Dövlətləri Təşkilatı yeni geosiyasi reallıqlar fonunda daha effektiv əməkdaşlıq formatına çevrilir. Bu barədə Trend ə azərbaycanlı politoloq Azər Qarayev bildirib Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu

BAKI, Azərbaycan, 16 may. Türk Dövlətləri Təşkilatı yeni geosiyasi reallıqlar fonunda daha effektiv əməkdaşlıq formatına çevrilir. Bu barədə Trend ə azərbaycanlı politoloq Azər Qarayev bildirib Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu sürətlə artır. Xüsusilə ortaq tarixə, dilə və mədəniyyətə malik xalqları bir araya gətirən birliklər geosiyasi və iqtisadi baxımdan daha davamlı əməkdaşlıq modeli formalaşdırır O bildirib ki, bu baxımdan OTS son illər təkcə mədəni-humanitar platforma kimi deyil, həm də siyasi, iqtisadi, nəqliyyat və texnoloji əməkdaşlıq məkanı kimi diqqəti cəlb edib. Türküstan şəhərində keçirilən OTS dövlət başçılarının qeyri-rəsmi sammiti də təşkilatın gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm hadisələrdən biridir "Bu gün OTS sadəcə ortaq keçmişi paylaşan xalqların birliyi deyil, həm də ümumi maraqlar ətrafında formalaşan strateji əməkdaşlıq platformasıdır. Qlobal geosiyasi dəyişikliklər, enerji təhlükəsizliyi, logistika marşrutlarının yenidən formalaşdırılması, rəqəmsal transformasiya türk dövlətləri arasında koordinasiyanı daha da vacib edir. Bu kontekstdə Azərbaycan öz xüsusi çəkisi və təşəbbüskarlığı ilə seçilən ölkələrdən biridir Azərbaycan son illər OTS çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın institusional möhkəmlənməsi və əməkdaşlıq gündəliyinin genişləndirilməsi müşahidə olunur. Təsadüfi deyil ki, 2024-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada türk dövlətlərinin dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib.Bu təşəbbüsün artıq ənənə halını alması Azərbaycanın təşkilat çərçivəsində fəal rolunun göstəricisi sayıla bilər Prezident İlham Əliyevin Türküstanda çıxışı zamanı vurğuladığı kimi: “Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu artır, qlobal məsələlərdə onun rolu və mövqeyi güclənir”. Türk dövlətləri enerji, nəqliyyat və iqtisadi əlaqələr baxımından Avropa ilə Asiya arasında strateji körpü rolunu oynadıqları üçün bu bəyanat hazırkı reallığı dəqiq əks etdirir. Xüsusilə, Orta Dəhlizin aktuallaşması OTS ölkələrinin geoiqtisadi əhəmiyyətini daha da artırır”, - deyə Qarayev bildirib Onun sözlərinə görə, Azərbaycan tranzit və logistika imkanları ilə bu prosesin əsas oyunçularından biri kimi çıxış edir "Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq liman infrastrukturu, enerji, kommunikasiya layihələri Azərbaycanın türk dünyasını birləşdirən mərkəzə çevrilməsinə şərait yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Mövcud qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti bundan sonra da davam edir. Reallaşmaya doğru irəliləyən Zəngəzur Dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək". Bu yanaşma göstərir ki, Azərbaycan OTS-ə təkcə siyasi platforma kimi deyil, həm də real iqtisadi inteqrasiya mexanizmi kimi baxır Eyni zamanda, təşkilat çərçivəsində əməkdaşlıq artıq ənənəvi sahələrlə məhdudlaşmır. Türküstan Sammitində diqqət mərkəzində olan əsas istiqamətlərdən biri rəqəmsallaşma və süni intellekt olub. XXI əsrin çağırışları fonunda texnoloji transformasiya türk dövlətlərinin gündəmində mühüm yer tutur. Azərbaycanın bu istiqamətdə atdığı addımlar da diqqət çəkir. Ölkədə Milli Süni İntellekt Mərkəzinin, Süni İntellekt Akademiyasının yaradılması, süni intellekt strategiyasının qəbul edilməsi Azərbaycanın yeni texnoloji mərhələyə keçid niyyətindən xəbər verir Bu mənada OTS çərçivəsində rəqəmsal əməkdaşlıq qarşıdakı illərin əsas istiqamətlərindən biri ola bilər. Xüsusilə “Rəqəmsal İpək Yolu” layihəsi və Transxəzər fiber-optik kabel xəttinin istifadəyə verilməsi türk dövlətləri arasında rəqəmsal əlaqəni gücləndirməklə yanaşı, həm də regionun beynəlxalq kommunikasiya xəritəsindəki mövqeyini gücləndirəcək”, - deyə analitik qeyd edib Ə.Qarayev qeyd edib ki, Azərbaycanın OTS-dəki rolunu təkcə iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşdırmaq düzgün olmaz "Bakı həm də türk dünyasının mədəni və intellektual inteqrasiyası üçün platforma rolunu oynayır. Prezident İlham kimi Əliyev çıxışında qeyd edib ki, gələn ay Bakıda Birinci Türkologiya Konqresinin 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası çərçivəsində OTS-in Şəhərsalma üzrə Yüksək Səviyyəli Dialoqunun təşkili Azərbaycanın beynəlxalq və regional təşəbbüslər arasında körpü rolunu bir daha nümayiş etdirir Aydındır ki, OTS yeni geosiyasi reallıqlar fonunda daha effektiv əməkdaşlıq formatına çevrilir. Azərbaycanın bu prosesdə rolu təkcə iştirakçı ölkə statusu ilə məhdudlaşmır. Bakı siyasi təşəbbüsləri, nəqliyyat və logistika imkanları, eləcə də rəqəmsal və humanitar əməkdaşlıq istiqamətində irəli sürdüyü ideyaları ilə təşkilatın gələcək inkişafına töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “bizim ailəmiz, türk dünyası 21-ci əsrin nüfuzlu geosiyasi mərkəzlərindən birinə çevrilməlidir”. Aydındır ki, Azərbaycan bu məqsədin həyata keçirilməsində aparıcı aktorlardan biri olmaqda davam edir”, - deyə analitik əlavə edib


