Tenqri
Ana Səhifə
İqtisadiyyat

OTS müstəqil geoiqtisadi və texnoloji mərkəzə çevrilir — Qırğızıstan prezidenti

TÜRKİSTAN, Qazaxıstan, 15 may. Türk Dövlətləri Təşkilatının müstəqil geoiqtisadi və texnoloji mərkəz kimi meydana çıxması üçün unikal imkanları var. Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türküstanda keçirilən qeyri-rəsmi OTS sammitində bildirib "Bug

0 baxıştrend.az
OTS müstəqil geoiqtisadi və texnoloji mərkəzə çevrilir — Qırğızıstan prezidenti
Paylaş:

TÜRKİSTAN, Qazaxıstan, 15 may. Türk Dövlətləri Təşkilatının müstəqil geoiqtisadi və texnoloji mərkəz kimi meydana çıxması üçün unikal imkanları var. Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türküstanda keçirilən qeyri-rəsmi OTS sammitində bildirib "Bugünkü sammitin mövzusu olan "Süni intellekt və hüquqi inkişaf" zamanın tələblərinə cavab verən son dərəcə aktual məsələdir. Dünya dərin dəyişikliklər mərhələsindədir. Texnologiyaların həyatımızı nə qədər sürətlə dəyişdirdiyi göz qabağındadır. Rəqəmsal transformasiya və süni intellekt bu gün təkcə iqtisadiyyata, təhsilə, səhiyyəyə, resurslara və ictimai həyatına təsir göstərir. Bu şəraitdə Türk Dövlətləri Təşkilatının müstəqil geoiqtisadi və texnoloji mərkəz kimi meydana çıxması üçün yaxşı imkanlar var”, - deyə Cəfərov bildirib Qırğızıstan Prezidenti qeyd edib ki, süni intellekt və rəqəmsallaşma bütün türk məkanında fəal inkişaf edir "Hazırkı dövr bu istiqamətdə dostluğun kimliyini gücləndirmək vaxtıdır. Yalnız birgə səylərimiz, bilik mübadiləsimiz, texnoloji inteqrasiyamız sayəsində müasir dünyanın tələblərinə cavab verə biləcəyik. Türk dövlətlərinin birliyi və birgə innovativ potensialı yeni iqtisadi imkanlar açacaq və regionu qlobal texnoloji xəritədə güclü mərkəz kimi gücləndirəcək", - o əlavə edib

Kaynak: trend.az

Diğer Haberler