Zəngilanda ilk yaşayış kompleksinin açılışı - foto
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etmişdir Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına kompleksdə yaradılan şər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etmişdir Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi Kompleksin ümumi sahəsi iki hektardan çoxdur. Burada 12 bina, o cümlədən 4 üçmərtəbəli ev (60 mənzilli), 8 ikimərtəbəli şəhərcik (44 mənzilli) tikilmişdir. Ümumilikdə kompleksdə 104 mənzil var ki, onlardan 84-ü sakinlər, 20-si xidməti istifadə üçün nəzərdə tutulub. Mənzillər 2, 3, 4 və 5 otaqdan ibarətdir Ərazidə uşaq və idman meydançaları, velosiped yolu, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Yaşayış kompleksi Zəngilanın Baş Planına uyğun olaraq şəhərin mərkəzi hissəsində, orta əhalinin sıx yaşadığı çoxfunksiyalı ərazidə, məktəbə, uşaq baxçasına, parka yaxın ərazidə yerləşir


