2027-ci il dünya çempionatına vəsiqə: Azərbaycan ən vacib matçda Macarıstana uduzdu
Azərbaycanın qadın futbol yığması 2027-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Sumqayıtda keçirilən beşinci oyununda Macarıstana uduzub - 1:2 Komandamızın yeganə qolunu 74-cü dəqiqədə hesabı bərabərləşdirən Xanım Əsədova vurub Azərbaycan komandası qrupda 1-ci yeri tutmaq şansını it

Azərbaycanın qadın futbol yığması 2027-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Sumqayıtda keçirilən beşinci oyununda Macarıstana uduzub - 1:2 Komandamızın yeganə qolunu 74-cü dəqiqədə hesabı bərabərləşdirən Xanım Əsədova vurub Azərbaycan komandası qrupda 1-ci yeri tutmaq şansını itirib. Beş oyundan sonra Azərbaycanın 9 xalı var. Macarıstan 13 xalla liderdir. Şimali Makedoniya və Andorra hərəyə dörd oyun keçirib. Onların müvafiq olaraq 3 və 1 xalı var İyunun 9-da Azərbaycan səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq Komandalar C Liqasının 3-cü qrupunda oynayırlar. Altı qrup var, onların qalibləri, eləcə də ikincilər arasında ən yaxşı iki komanda pley-offa yüksələcək və 2027-ci ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə uğrunda mübarizəni davam etdirəcək


