Fransa şirkətinin məhkum edilmiş vitse-prezidentinin cəzası yüngülləşdirilib - Bakı məhkəməsinin qərarı
Bakı Apellyasiya Məhkəməsində Fransanın SAUR şirkətinin vitse-prezidenti Anass Derraz barəsində olan hökmdən verilən şikayətə baxılıb haqqin.az-ın məhkəmə müxbirinin verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Anass Derrazın cəzası 3 il azaldılıb. Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hö

Bakı Apellyasiya Məhkəməsində Fransanın SAUR şirkətinin vitse-prezidenti Anass Derraz barəsində olan hökmdən verilən şikayətə baxılıb haqqin.az-ın məhkəmə müxbirinin verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Anass Derrazın cəzası 3 il azaldılıb. Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib İttihama görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə Fransa Prezidentinin Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Benalla və SAUR-un vitse-prezidenti Anass Derraz külli miqdarda rüşvət almaqda və digər cinayətlərdə ittiham olunurlar Müstəntiqlərin bildirdiyinə görə, onlar 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvinə yardım edəcəklərini vəd ediblər Əvvəllər xarici və yerli mətbuatda dərc olunmuş materiallarda qeyd olunurdu ki, həmin şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər, bunun müqabilində onun lüks yaxtası “Luna”nı beynəlxalq həbsdən azad edəcəklərini və onu sanksiyalardan müdafiə edəcəklərini vəd ediblər Məlumatlara görə, Əhmədov çoxmilyonluq rüşvətin bir hissəsini Anass Derrazın AL HILAL BANK-dakı hesabına, eləcə də Alexander Benalla-nın BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR-dakı hesabına köçürüb Derraz Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib və ölkədən çıxışına qadağa qoyulub. Benalla ilə bağlı İnterpola beynəlxalq axtarışa verilmiş siyahı göndərilib Anass Derraz Azərbaycan Cinayət Məcəlləsinin 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 32.5, 311.3.3-cü (rüşvət alma - passiv rüşvət alma - xüsusilə külli miqdarda) maddələri ilə ittiham olunub


