Tenqri
Ana Səhifə
Dünya

Tramp Hind okeanındakı bir ada ilə maraqlanır

ABŞ prezidenti Donald Tramp Dieqo Qarsiya ABŞ-Britaniya hərbi bazasının yerləşdiyi Hind okeanındakı Çaqos arxipelaqını satın almağı düşünür. Bu barədə “The Telegraph” mənbələrə istinadən yazır Qeyd olunur ki, Tramp adanın alınması ideyasını ABŞ-ın maliyyə naziri Skott Bessentlə müzakirə edib. ABŞ

0 baxışhaqqin.az
Tramp Hind okeanındakı bir ada ilə maraqlanır
Paylaş:

ABŞ prezidenti Donald Tramp Dieqo Qarsiya ABŞ-Britaniya hərbi bazasının yerləşdiyi Hind okeanındakı Çaqos arxipelaqını satın almağı düşünür. Bu barədə “The Telegraph” mənbələrə istinadən yazır Qeyd olunur ki, Tramp adanın alınması ideyasını ABŞ-ın maliyyə naziri Skott Bessentlə müzakirə edib. ABŞ administrasiyasının məqsədi arxipelaqın nəzarətini Mavrikiyə ötürmək üçün saziş bağlamağı gözləyən Böyük Britaniyadan yan keçməkdir Tramp administrasiyasının yüksək rütbəli üzvləri su üzərində nəzarətin Çinin müttəfiqi Mavrikiyə verilməsinin dəniz casusluğuna qapı açacağından ehtiyat edirlər. Bundan əlavə, Dieqo Qarsianın strateji mövqeyi İranı uzaqdan vurmağa imkan verir Dieqo Qarsiya, Çaqos arxipelaqının ən böyük atoll adasıdır. 1965-ci ildə Böyük Britaniya onu ayrıca inzibati vahidə çevirdi, sonra hava bazası yaratmaq üçün ABŞ-a icarəyə verdi. 2024-cü ilin oktyabrında Britaniya arxipelaq üzərində suverenliyin Mavrikiyəyə verilməsinə dair razılaşmanı elan etdi, lakin ABŞ-ın razılığı olmadığı üçün müqaviləni ratifikasiya edən qanun layihəsini geri götürdü

Kaynak: haqqin.az

Diğer Haberler