Tenqri
Ana Səhifə
Dünya

Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükdaşıma qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırılması təkcə texniki nailiyyət deyil, həm də Azərbaycanın son onillikdə formalaşdırdığı genişmiqyaslı strateji baxışın mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir Bunu AZƏRTAC-a açıqla

0 baxışazertag.az
Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir
Paylaş:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükdaşıma qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırılması təkcə texniki nailiyyət deyil, həm də Azərbaycanın son onillikdə formalaşdırdığı genişmiqyaslı strateji baxışın mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin siyasi şərhçisi, “Akademik Araşdırmalar” beyin mərkəzinin prezidenti Osman Kepenek bildirib Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, iqtisadiyyatını yalnız neft, təbii qaz və digər təbii sərvətlər üzərində quran ölkələr uzunmüddətli perspektivdə müxtəlif iqtisadi risklərlə üzləşirlər. “Azərbaycan isə enerji resurslarından əldə olunan gəlirləri dayanıqlı iqtisadi modelin formalaşdırılmasına yönəltməklə mövcud üstünlüklərini uzunmüddətli inkişaf amilinə çevirməyə çalışır. Orta Dəhlizin inkişaf etdirilməsi və BTQ xəttinin daha yüksək yükötürmə imkanları ilə yenidən istifadəyə verilməsi də məhz bu iqtisadi strategiyanın konkret nəticələrindən biridir. BTQ artıq yalnız nəqliyyat və enerji marşrutu funksiyasını yerinə yetirmir, eyni zamanda, Azərbaycanın geostrateji mövqeyini gücləndirən mühüm siyasi alətə çevrilib. Azərbaycan özünü yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də Xəzər dənizinin şərq sahillərində yerləşən Mərkəzi Asiya dövlətləri və hətta Çin üçün əvəzolunmaz Şərq-Qərb nəqliyyat dəhlizi kimi mövqeləndirir”, – deyə Osman Kepenek bildirib O qeyd edib ki, dünya geosiyasətində baş verən dəyişikliklər bu strategiyaya əlavə dinamika qazandırıb. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya ərazisindən keçən Şimal Dəhlizinin qlobal logistika baxımından etibarlılığı əhəmiyyətli dərəcədə zəifləyib. Təchizat zəncirlərində yaranan problemlər və beynəlxalq ticarət şəbəkələrində müşahidə olunan həssaslıq əvvəllər alternativ hesab edilən marşrutları əsas seçimlərdən birinə çevirib. Azərbaycan bu geosiyasi transformasiyanı vaxtında qiymətləndirərək nəqliyyat və logistika infrastrukturuna investisiyaları sürətləndirib. Orta Dəhlizin 2026-cı ilin fevralında keçirilmiş Münxen Təhlükəsizlik Konfransında Avrasiya bağlantıları, nəqliyyat şəbəkələri və təchizat təhlükəsizliyi ilə bağlı müzakirələrin əsas mövzularından biri olması da bunun göstəricisidir. Konfrans çərçivəsində aparılan müzakirələrdə Orta Dəhlizin Avropa ilə Asiya arasında iqtisadi və strateji əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətinə xüsusi diqqət yetirildi. Azərbaycan Prezidenti İlham Əliyev də layihəni regional əməkdaşlıq, iqtisadi inteqrasiya və sabitlik məqsədləri ilə əlaqələndirdi. Bu, Orta Dəhlizin yalnız nəqliyyat marşrutu deyil, eyni zamanda, regional əməkdaşlığı təşviq edən diplomatik və geosiyasi vasitə kimi qəbul olunduğunu göstərir “Orta Dəhlizin qarşısında duran bəzi struktur problemlər də nəzərə alınmalıdır. Marşrutun əsas zəif tərəflərindən biri fasiləsiz quru və dəmir yolu bağlantısının tam formalaşmamasıdır. Şimal marşrutundan fərqli olaraq, Orta Dəhlizdə Xəzər dənizinin hələ də bərə vasitəsilə keçilməsi zərurəti mövcuddur və əlverişsiz hava şəraiti müəyyən hallarda yükdaşımaların tempinə təsir göstərə bilər. Həmçinin Xəzər hövzəsində limanların yükötürmə imkanlarının artırılması istiqamətində əlavə investisiyalara ehtiyac var. BTQ-nin potensialından tam istifadə olunması üçün rəqəmsallaşma prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının optimallaşdırılması və region ölkələri arasında koordinasiyanın institusional əsaslarla möhkəmləndirilməsi vacibdir. BTQ-nin modernləşdirilməsi Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi, geosiyasi çəkisinin artırılması və regional inteqrasiyada aparıcı aktora çevrilməsi baxımından çoxşaxəli strateji addımdır. Yükötürmə qabiliyyətinin artırılması bu istiqamətdə atılmış mühüm mərhələdir”, – deyə Osman Kepenek bildirib O əlavə edib ki, növbəti mərhələdə Azərbaycan fiziki infrastrukturla yanaşı, institusional və rəqəmsal transformasiyanı da eyni strateji baxış çərçivəsində həyata keçirməlidir. Münxendə keçirilən görüşlər zamanı Prezident İlham Əliyev regional bağlantıların yalnız dəmir yolu layihələri ilə məhdudlaşmayacağını, eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi istiqamətində də işlərin aparıldığını bildirib Osman Kepenek sonda vurğulayıb ki, həyata keçirilən bütün bu layihələr nəticəsində Orta Dəhlizin funksionallığı daha da artacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Azərbaycan Avrasiyanın yeni logistika memarlığının əsas dayaqlarından birinə çevriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler