Tenqri
Ana Səhifə
İdman

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) 20 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Oslo Azərbaycan Evində Norveç Azərbaycan diasporunun ilk şahmat turniri təşkil olunub AZƏRTAC xəbər verir ki, turnirdə müxtəlif yaş qruplarını təmsil edən 16 uşaq və gənc iştirak edib

0 baxışazertag.az
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
Paylaş:

Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) 20 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Oslo Azərbaycan Evində Norveç Azərbaycan diasporunun ilk şahmat turniri təşkil olunub AZƏRTAC xəbər verir ki, turnirdə müxtəlif yaş qruplarını təmsil edən 16 uşaq və gənc iştirak edib Yarışın yekununda Mirana Bədəlova birinci yeri tutub. Ənvər Ramberq ikinci, Arvin Balanji isə üçüncü olub. Qaliblərə diplom və hədiyyələr təqdim edilib NAYO-nun təşkilatçılığı ilə hər həftəsonu keçirilən şahmat kursunun müəllimi Kabir Bədəlov bildirib ki, bu cür tədbirlər uşaq və gənclərin intellektual inkişafında mühüm rol oynayır. O qeyd edib ki, gələcəkdə də şahmatın təbliği, eləcə də gənclərin intellektual, sosial və mədəni inkişafına xidmət edən müxtəlif layihə və tədbirlər həyata keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler