Osimhenə 120 milyon avroluq böyük təklif! Dərhal cavab verildi
"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhen möhtəşəm performansı ilə Avropa transfer bazarını alt-üst etməyə davam edir Tivibu Sporun xəbərinə görə; İspaniya nəhəngi "Atletiko Madrid" 27 yaşlı dünya şöhrətli hücumçunu heyətinə qatmaq üçün "Qalatasaray"ın qapısını döyüb. İspaniya təmsilçisinin

"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhen möhtəşəm performansı ilə Avropa transfer bazarını alt-üst etməyə davam edir Tivibu Sporun xəbərinə görə; İspaniya nəhəngi "Atletiko Madrid" 27 yaşlı dünya şöhrətli hücumçunu heyətinə qatmaq üçün "Qalatasaray"ın qapısını döyüb. İspaniya təmsilçisinin ulduz futbolçunun transfer xidməti üçün sarı-qırmızılı rəhbərliyə 120 milyon avro dəyərində nəhəng paket təklif etdiyi öyrənilib Komandanın hücum xəttində ən böyük gücü olan Osimheni ucuz qiymətə buraxmaq fikrində olmayan “Qalatasaray” heyəti bu çılğın təklifə tərəddüd etmədən “Satmırıq” deyərək mənfi cavab verdi. Rəhbərliyin nigeriyalı hücumçu üçün xalis transfer gözləntisinin 150 milyon avro olduğu və bu rəqəmdən aşağı heç bir təklifi nəzərə almayacağı bildirilib Viktor Osimhenin “Qalatasaray”da son dərəcə xoşbəxt olduğu, azarkeşlərlə olan sinerjidən həzz aldığı və bu mərhələdə komandadan ayrılmaq fikrində qətiyyən həvəsli olmadığı bildirilir


