Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində azı 9 nəfər həlak olub
Rusiyanın Ukrayna ərazilərinə, o cümlədən YUNESKO tərəfindən qorunan kilsəyə endirdiyi aviazərbələr nəticəsində azı 9 nəfər həlak olub. Rusiyanın hücumu ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışmasından və müharibənin sona çatmasına kömək etməyə hazır olduğunu deməsindən bir

Rusiyanın Ukrayna ərazilərinə, o cümlədən YUNESKO tərəfindən qorunan kilsəyə endirdiyi aviazərbələr nəticəsində azı 9 nəfər həlak olub. Rusiyanın hücumu ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışmasından və müharibənin sona çatmasına kömək etməyə hazır olduğunu deməsindən bir neçə saat sonra baş verib Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın zərbəsi nəticəsində Xarkovda 5 xilasedicinin həlak olduğunu, ən azı 5 nəfərin yaralandığını bildirib "Xarkovda Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin beş xilasedicisi Rusiyanın zərbələri nəticəsində yaranan yanğını söndürərkən fasiləsiz zərbələrdən həlak olub. Ən azı daha beş nəfər xəsarət alıb", - Klimenko Telegram-a yazıb Səlahiyyətlilər Xarkovda incəsənət muzeyinə edilən hücumda biri körpə olmaqla 6 nəfərin yaralandığını bildiriblər "Yanğın muzeyin 1200 kvadratmetr sahəsini əhatə edib, söndürmə əməliyyatları davam edir", - Ukrayna Daxili İşlər Nazirliyi bildirib Kiyev meri Vitali Kliçko iyunun 15-nə keçən gecə “böyük” zərbə, şəhərin demək olar ki, bütün rayonlarında yanğın baş verib. 4 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib Bu arada Ukrayna Kremlin müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi vəsait axınını dayandırmaq üçün Rusiyanın sənaye və enerji obyektlərini bombalamağa davam edib Tula qubernatoru Dmitri Milyaev Telegram səhifəsində Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində 3 nəfərin öldüyünü, daha 3 nəfərin yaralandığını bildirib. Hələlik bölgədə hansı obyektlərin vurulduğu məlum deyil. Tulada Ukraynanın hədəfində olan bir neçə iri istehsalat zavodu var İyunun 15-də səhər saatlarında Kremlin Xersonda təyin etdiyi səlahiyyətlilər Ukrayna pilotsuz təyyarələrinin iki körpünü dağıdıb və nəqliyyatın hərəkətini dayandırdığını bildiriblər Müharibə şəraitində bu məlumatı təsdiqləmək mümkün deyil ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda danışıb. Kremlin müşaviri Yuri Uşakov iyunun 14-də telefon danışığında sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirib


