Tenqri
Ana Səhifə
Dünya

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi hazırda nəqliyyat, logistika və geoiqtisadi aktuallığı ilə yanaşı, çox ciddi geosiyasi əhəmiyyət də kəsb edir. Bu, hərbi əməliyyatlar, Yaxın Şərqdə yaranan münaqişə kontekstində xüsusilə vacibdir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Q

0 baxışazertag.az
Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH
Paylaş:

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi hazırda nəqliyyat, logistika və geoiqtisadi aktuallığı ilə yanaşı, çox ciddi geosiyasi əhəmiyyət də kəsb edir. Bu, hərbi əməliyyatlar, Yaxın Şərqdə yaranan münaqişə kontekstində xüsusilə vacibdir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov səsləndirib Politoloq Cənubi Qafqazdan başqa, bir çox bölgənin bu layihəyə maraq göstərməsi faktının vacibliyini qeyd edib: “Buraya həm Mərkəzi Asiya, həm Avropa, o cümlədən Türkiyə də daxildir. Buna görə onun əhəmiyyəti daha da artır. Yaxın Şərqdəki gərgin vəziyyət fonunda bu layihənin həyata keçirilməsi üzrə səylər, əlbəttə ki, çox mühüm əhəmiyyət kəsb edir” Fikrət Sadıxovun sözlərinə görə, Azərbaycan xarici siyasətini, çoxvektorlu kursunu həyata keçirərkən qarşısına bir sıra dövlətlərlə balanslı münasibətlər üzrə prioritet vəzifələr qoyur: “Bu, ilk növbədə dövlətin maraqları nəzərə alınaraq həyata keçirilir. Bu gün biz heç bir ölkə ilə münaqişəyə girmədən beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində bunu realizə edirik” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler