Tenqri
Ana Səhifə
Dünya

"Orqanizm onları təbii şəkər kimi qəbul etmir" - Rəy

“Diyetik məhsulların ümumi kalorisi, şəkəri, yağı və ya karbohidrat miqdarı azaldılsa da, onların tərkibinin keyfiyyəti və sağlamlığa təsiri də diqqətə alınmalıdır. Çünki əksər hallarda şəkərsiz məhsullarda şəkər əvəzinə aspartam və ya sukraloza kimi şirinləşdiricilərdən istifadə olunur. Bunlar kimy

0 baxış525.az
"Orqanizm onları təbii şəkər kimi qəbul etmir" - Rəy
Paylaş:

“Diyetik məhsulların ümumi kalorisi, şəkəri, yağı və ya karbohidrat miqdarı azaldılsa da, onların tərkibinin keyfiyyəti və sağlamlığa təsiri də diqqətə alınmalıdır. Çünki əksər hallarda şəkərsiz məhsullarda şəkər əvəzinə aspartam və ya sukraloza kimi şirinləşdiricilərdən istifadə olunur. Bunlar kimyəvi qatqı maddələridir və bəzi hallarda daha zərərli hesab olunur” Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a deyib. Mütəxəssisin sözlərinə görə, orqanizm onları təbii şəkər kimi qəbul etmir və həddindən artıq istifadəsi qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Bəzən isə məhsullar daha az zərərli olan steviya və digər təbii vasitələrlə şirinləşdirilir. Buna görə də məhsulun etiketindəki tərkibi mütləq oxumaq lazımdır: “Dünya Səhiyyə Təşkilatının araşdırmalarını nəzərə alsaq, bu maddələrin qısa müddətdə ciddi zərər vurduğunu göstərən qəti nəticələr yoxdur. Lakin aspartam üçün müəyyən edilmiş gündəlik qəbul həddi mövcuddur. Məsələn, təxminən 70 kiloqram çəkisi olan bir insanın aspartamın zərərli təsir göstərə biləcəyi həddə çatması üçün gün ərzində bir litrdən daha çox dietik içki qəbul etməsi lazım gəlir. Nəzərə alınmalıdır ki, bu məhsullar gündəlik istifadə edilirsə, qəbul olunan miqdar zamanla normanı aşa bilər”

Kaynak: 525.az

Diğer Haberler

"Orqanizm onları təbii şəkər kimi qəbul etmir" - Rəy | Tenqri