Hörmüz yaxınlığında ABŞ helikopteri qəzaya uğrayıb, ekipaj xilas edilib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığını təsdiqləyib Çərşənbə axşamı yaydığı bəyanata görə, iyunun 8-də Ordunun Apaçi helikopteri patrul xidməti zamanı Oman sahillərində qəzaya uğrayıb və iki ekipaj üzvü ABŞ hərbçiləri tərəfindən xilas

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığını təsdiqləyib Çərşənbə axşamı yaydığı bəyanata görə, iyunun 8-də Ordunun Apaçi helikopteri patrul xidməti zamanı Oman sahillərində qəzaya uğrayıb və iki ekipaj üzvü ABŞ hərbçiləri tərəfindən xilas edilib Komandanlıq əlavə edib ki, onların vəziyyəti yaxşıdır və hadisənin təfərrüatları araşdırılır Qəza haqqında ilk yazan New York Times olub. Helikopterin İran qüvvələri tərəfindən atəşə tutulduğu, zədələndiyi və ya başqa problemlə üzləşdiyi məlum deyil İyunun 8-də ABŞ prezidenti Donald Tramp hökumətin insidentlə bağlı hesabat açıqlayacağını bildirib


