WUF13-ün keçirilməsi ilə bağlı təşkilat komitəsinin iclası keçirilib (FOTO)
BAKI, Azərbaycan, 7 may. Mayın 7-də Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının hazırlanması və keçirilməsi üçün yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib İclası giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nur

BAKI, Azərbaycan, 7 may. Mayın 7-də Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının hazırlanması və keçirilməsi üçün yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib İclası giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev WUF13-ün başlanmasının yaxınlaşdığını qeyd edib. O, mayın 17-dən 22-dək Bakıda şəhərsalma və davamlı inkişaf məsələləri üzrə dünyanın ən nüfuzlu beynəlxalq platformalarından birinə ev sahibliyi edəcəyini vurğulayıb Sədr vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün ənənə halını alıb. Samir Nuriyev vurğulayıb ki, WUF13 Azərbaycanın müasir şəhərsalma baxışını, onun davamlı inkişaf gündəliyinə verdiyi töhfələri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma modelini nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir O qeyd edib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi WUF13-ün əhəmiyyətini daha da artırır Samir Nuriyev bildirdi ki, bu günə qədər 177 ölkədən 28 mindən çox şəxs Forumda iştirak etmək üçün qeydiyyatdan keçib, onların təxminən yarısı xarici nümayəndələrdir ki, bu da WUF13-ə yüksək beynəlxalq marağın bariz göstəricisidir Sədr Azərbaycanın WUF tarixində ilk dəfə olaraq təqdim etdiyi Liderlərin Bəyanatları təşəbbüsünü xüsusi vurğuladı. Bu siyasi və məzmunlu yenilik şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərini yüksək səviyyəli qlobal müzakirə səviyyəsinə qaldıracaq O, Liderlərin bəyanatlarına, eləcə də Azərbaycanın sədrliyi ilə keçiriləcək WUF13 Nazirlər Toplantısına, Azərbaycanın təşkil etdiyi Xüsusi Sessiyaya, Azərbaycan pavilyonu üçün nəzərdə tutulan tədbirlərə, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma layihələrini əks etdirən təqdimatlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb İclasda Təşkilat Komitəsinin üzvlərinin ümumi hazırlıq prosesi, o cümlədən əsaslı planlaşdırma, kommunikasiya, protokol, nəqliyyat, təşkilati və maddi-texniki təminat vəzifələri ilə bağlı məruzələri dinlənildi Sədr yekunda əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq WUF13 ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində əldə etdiyi müsbət nailiyyətin növbəti uğurlu nümunəsi olacaqdır. Samir Nuriyev qarşıda duran məsələlərin operativ və əlaqələndirilmiş şəkildə həlli üçün aidiyyəti qurumlara yekun göstəriş verib, bütün hazırlıq işlərinin gücləndirilməsini və yekunlaşdırılmasını istəyib


