Tenqri
Ana Səhifə
Dünya

PAŞA Holdinqin təşkilatçılığı ilə keçən həftə yekunlaşan “PASHA Hackathon 6.0” (FOTO)

15-17 may 2026-cı il tarixlərində The Ritz-Carlton, Baku-da “PASHA Hackathon 6.0” keçirildi. Tədbir Tenity şirkətinin dəstəyi ilə PAŞA Holdinq tərəfindən təşkil olunub. Bu ilki hakathon Bravo Supermarket tərəfindən həyata keçirilə bilən yeni və innovativ ideyaların təşviqinə həsr olunub. Bu il “PASH

0 baxıştrend.az
PAŞA Holdinqin təşkilatçılığı ilə keçən həftə yekunlaşan “PASHA Hackathon 6.0” (FOTO)
Paylaş:

15-17 may 2026-cı il tarixlərində The Ritz-Carlton, Baku-da “PASHA Hackathon 6.0” keçirildi. Tədbir Tenity şirkətinin dəstəyi ilə PAŞA Holdinq tərəfindən təşkil olunub. Bu ilki hakathon Bravo Supermarket tərəfindən həyata keçirilə bilən yeni və innovativ ideyaların təşviqinə həsr olunub. Bu il “PASHA Hackathon”a 500-ə yaxın komanda müraciət edib, seçim mərhələsindən sonra iştirak etmək üçün 56 komanda seçilib. Üç gün ərzində iştirakçılar şirkət üçün innovativ həllər və yeni ideyalar işləyib hazırlayaraq Bravo Supermarket tərəfindən təqdim olunan biznes çağırışı üzərində işlədilər. Hackathon boyu Bravo Supermarketin nümayəndələri və müxtəlif sektorlardan olan 40-a yaxın mentor iştirakçılara dəstək olub, onların layihələrinin inkişafına töhfə veriblər. Əvvəlki illərdə olduğu kimi, hakatonun sonunda ilk üç yeri tutan komandalar müvafiq olaraq mükafatlandırılıb: 1-ci yer üçün 7000 AZN, 2-ci yer üçün 5000 AZN, 3-cü yer üçün isə 3000 AZN. Bundan əlavə, qalib komandalara PAŞA Holdinqin daxili akselerasiya və inkubasiya proqramlarına qoşulmaq imkanı verilib. Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsulların və həllərin yaradılmasına yönəlmiş 48 saatlıq texnologiya müsabiqəsidir. PAŞA Holdinq tərəfindən ardıcıl altıncı ildir təşkil edilən layihənin məqsədi gənclərdə innovativ düşüncə və həll yönümlü təfəkkürün formalaşdırılması, eləcə də ölkədə innovasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır

Kaynak: trend.az

Diğer Haberler