Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb
Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının su anbarında suyun tam açılması nəticəsində diametri 159 millimetr olan qaz xətti qırılıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ilə əlaqədar Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bi

Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının su anbarında suyun tam açılması nəticəsində diametri 159 millimetr olan qaz xətti qırılıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ilə əlaqədar Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt yaşayış məntəqələrinin qaz təchizatı dayandırılıb Qəza nəticəsində qaz təchizatı dayandırılan aktiv abonentlərin sayı 538-dir Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və qaz təchizatının bərpası istiqamətində müvafiq tədbirlər görülür 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

